YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31-ci ildönümü münasibətilə “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının banisidir” mövzusunda tədbir keçirilmişdir. Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açmışdır. Azərbaycanın Dövlət Himni səsləndirilmiş,Yeni Azərbaycan Partiyasının banisi Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti barədə geniş məlumat vermiş, tədbir iştirakçılarını təbrik etmişdir. Partiya həyatında səmərəli fəaliyyətinə görə bir qrup YAP fəalı Fəxri Fərmanlarla təltif edilmişdir. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatmışdır. Tədbirdən sonra YAP fəallarının iştirakı ilə ağacəkmə kampaniyası keçirilmişdir.