YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova Quba şəhəri, Fətəlixan küç.4 (ADPU Quba filialı) ərazi partiya təşkilatının fəalları ilə növbəti görüşünü keçirmişdir. Görüşdə ADPU-nin Quba filialının direktoru Yusif Alıyev, təşkilatın əməkdaşları, partiya fəalları iştirak edirdi.
YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs edərək bildirib ki, Ümummilli Liderin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP 31 ildə tarixin bütün sınaqlarından şərəflə çıxıb, cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Sədr qeyd etdi ki, Yeni Azərbaycan Partiyası 1992-ci il 21 noyabr tarixində ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı bir vaxtda ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradıldı və tarixi bir missiyanı yerinə yetirərək Azərbaycanı o dövürki ağır vəziyyətdən xilas etdi. Yeni Azərbaycan Partiyası Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində respublikamızın möhkəmləndirilməsi, demokratik və mənəvi dəyərlərin yaşadılması, sosial-iqtisadi, siyasi və ordu quruculuğu sahələrində müqayisə olunmaz inkişafa imza atdı. Hazırda respublikamızın Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövlətçilik ənənələri göz bəbəyi kimi qorunur və daha da inkişaf etdirilərək yeni-yeni uğurlara nail olunur.
Fidan xanım həmçinin, YAP-ın VII Qurultayından sonra ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsindən, partiyada aparılan islahatlardan da söhbət açdı.
ADPU-nin Quba filialının direktoru Yusif Alıyev və digər natiqlər Azərbaycanın son illərdə keçdiyi şərəfli yolun əzəmətli inkişaf mərhələsi kimi tarixə düşdüyünü diqqətə çatdırdı və ölkəmizin günü-gündən artan iqtisadi və hərbi qüdrətindən, regionun ən güclü dövləti olmasından, bu sahədə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışmışlar.
Daha sonra partiya fəallarının fikir və təklifləri dinlənildi.