PDF Oxu

Siyasət

  • 1 780

Oğuzda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual yarış keçirilib FOTOLAR

Oğuzda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual yarış keçirilib FOTOLAR

Oğuz şəhərində yerləşən "Nizami" şadlıq sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı, rayon Gənclər və İdman sektorunun, rayon Təhsil sektorunun təşkilatçılığı ilə böyüklər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Oyunda rayonun ümumtəhsil məktəblərinin , müəssisə və təşkilatlarının komandaları iştirak ediblər.

Tədbirdə Dövlət himnimiz səsləndirildikdən sona Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə rayonumuzda keçirilən tədbirlərdən, rayonumuzun komandalarının intellektual oyunlarda uğurlu çıxışlarından bəhs ediblər və yarış iştirakçılarına uğurlar arzulayıblar.

Sonra oyunun aparıcısı Oğuz rayonu üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Rövşən Salehli yarışın qaydaları haqqında komandalara məlumat verib.

Oyun komandalarınin maraqlı mübarizəsi şəraitində keçib. 20 komanda arasında I yeri Böyük Söyüdlü kəndinin “Xarı bülbül” komandası, II yeri Xaçmazqışlaq kəndinin “Xudayar” komandası, III yeri Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin “Nail” komandası əldə edib.

Qaliblər Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom, hədiyyə və kuboku ilə təltif edilib.

Zümrüd Bayramova

Digər xəbərlər