PDF Oxu

Siyasət

  • 1 662

Yolumuz Laçınadır TƏHLİL

Yolumuz Laçınadır TƏHLİL

Növbəti köç karvanı Bakının Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salındı. Bu karvan əzəli sakinləri yurd-yuvasına qovuşdurur. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürüldü. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar. Bununla da Laçın şəhərinə köçürülənlərin sayı 1326 (346 ailə) nəfərə çatmış oldu. İşıqlı, təhlükəsiz yol onları mənzil başına çatdırır.
Bəli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verən Azərbaycan iqtisadi gücünü, qüdrətini daha da artırmaqla qlobal layihələri uğurla icra edir. İnkişaf strategiyası nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Dinamik inkişafı və beynəlxalq aləmdə qazandığı nüfuzu ilə seçilən Azərbaycan 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub.
44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Ermənistan tərəfindən işğal altında saxlanılmış bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Qısa bir zamanda Böyük Qayıdışın karvanları ardıcıl olaraq mənzillərə yol almağa başladı Demək olar ki, hər gün insanlarımız bu sevinci yaşayırlar. Ağalıya, Füzuliyə, Laçına gedən köçlər əzəli sakinləri arzularına qovuşdurur. İllərlə qubar bağlamış ürəklərə sevinc gəlir. 30 ilə yaxın bir müddətdə hər gün o yollara çıxmaq, əzəli torpaqda əbədi yaşamaq istəyi baş qaldırmış olsa da bu arzu və xəyal kimi qalırdı. İllər ötdü bu arzunu reallığa çevirən güclü Lider, Sərkərdə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımıza sahib olduq. Birinci pilot layihə olan "Ağıllı kənd" layihəsi Zəngilanda icra edildi, Beynəlxalq hava limanlarının - Füzulidə Beynəlxalq hava limanının, Zəngilan Beynəlxalq hava limanının istifadəyə verilməsi Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək və s. prioritet məsələ olaraq qarşıya qoyulub və əhalinin doğma torpaqlarına geri qayıdışının yüksək səviyyədə təminatı istiqamətində davamlı layihələr həyata keçirilir. Qarşıya qoyulan Strateji prioritetlər sırasında "universallıq", "inteqrasiyalı yanaşma" və "heç kimin geridə qalmaması" kimi prinsiplərə əsaslanan Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılması da yer alıb.
Birinci pilot layihə olan "Ağıllı kənd" layihəsi Zəngilanda icra edilsə də indi başqa ərazilərimiz də qaynar həyat başlayıb. Böyük Qayıdışımız əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Füzulidə məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur yaradılıb. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.
30 ildən sonra yenidən doğma kəndinə qədəm qoyan ailələr həsrətini çəkdikləri kəndin gözəl mənzərəsi ilə tanış olurlar.
Vətən müharibəsində qazandığımız Zəfərdən üç il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər