PDF Oxu

Siyasət

  • 1 380

Azərbaycanın təşəbbüsü ilə yaradılan Qadınlar Platforması Qoşulmama Hərəkatının nüfuzunu daha da artıracaq ŞƏRH

Azərbaycanın təşəbbüsü ilə yaradılan Qadınlar Platforması Qoşulmama Hərəkatının nüfuzunu daha da artıracaq ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüslər əsasında keçirilən «Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması» mövzusunda konfransın qlobal miqyasda mühüm siyasi hadisədir. Hər şeydən əvvəl qeyd edək ki, Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir. Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Məhz Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata sədrliyi bir il uzadıldı.

Prezident İlham Əliyevin qlobal liderliyinin bariz nümunəsi

Göründüyü kimi, on il əvvəl dünyanın ikinci ən böyük təsisatına - Qoşulmama Hərəkatına üzv olan Azərbaycan çox qısa müddətdə böyük etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədr olması isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürü idi. Bu nüfuzlu təsisata sədrliyi dövrü üçün Azərbaycan hərtərəfli qlobal fəaliyyət planı hazırladı. Lakin COVID-19 pandemiyasının dünyanı bürüməsi beynəlxalq platformaların da gündəmini dəyişdi. Azərbaycan yeni yaranmış vəziyyətə çevik reaksiya verməklə yanaşı, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində də beynəlxalq miqyasda səmərəli təşəbbüslər irəli sürdü. Təsadüfi deyil ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına könüllü şəkildə ayırdığı 10 milyon ABŞ dollarının yarısı məhz Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulurdu. Eyni zamanda, bu gün Azərbaycan qlobal liderlik rolunu üzərinə götürərək pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkə oldu. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının çağırılması təşəbbüsü 150-dən artıq ölkə tərəfindən dəstəkləndi. Bu təşəbbüsə qarşı çıxan yeganə ölkə Ermənistan isə bu yanaşmasına görə rəsmən rüsvay oldu.

2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsi isə Azərbaycanın pandemiyaya qarşı mübarizədə oynadığı aparıcı rolun və Prezident İlham Əliyevin qlobal liderliyinin bariz nümunəsi kimi dəyərləndirilməlidir. Bütün təşəbbüslər kimi, Azərbaycanın Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasına dair təşəbbüsü də müsbət qarşılandı. Bütün bu sadalanan amilləri nəzərə alaraq əminliklə deyə bilərik ki, 2019-2022-ci illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədr olması, keçmişdə qalan münaqişə ilə bağlı cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün müəyyən olunmuş, aktiv diplomatiya ilə haqlı olaraq bu böyük təsisatdan dəstək almağımız ölkə başçımızın həyata keçirdiyi siyasətin növbəti şanlı təntənəsidir.

Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

Dövlət başçımızın qurumun konfranslarında çıxışı zamanı səsləndirdiyi mesajlar Azərbaycanın humanist dəyərlərə, haqq-ədalətə nə qədər önəm verdiyini sübut edir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə bildirib ki, Qoşulmama Hərəkatının institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Hərəkatın Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir: «Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq». Bir sözlə, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının çətiri altında daha bir qurum – Qadınlar Platformasının yaradılması Azərbaycanın Hərəkatın fəaliyyətinin daha da təkmilləşdirilməsinə növbəti töhfəsidir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Digər xəbərlər