PDF Oxu

Siyasət

  • 1 901

USAİD-in korrupsiya faktı

USAİD-in korrupsiya faktı

Və ya Vardanyanın 1 milyonunu kim yeyib?

Məlum olduğu kimi, USAİD rəhbəri, daim Azərbaycan və Türkiyə əleyhinə irqçi və aqressiv çıxışları ilə yaddaqalan ermənipərəst Samanta Pauer özünün X səhifəsində (əvvəlki Tvitter) Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını “məcburi köç” adlandırıb. O, bununla bir daha sübut edib ki, təşkilatının əsas məqsədi heç də humanitar fəaliyyət deyil, reallıqda kirli məqsədlərdir və həmin məqsədlər bilavasitə ABŞ-ın siyasi dairələri tərəfindən planlı şəkildə icra olunur.

Hikmət Hacıyev USAİD rəhbərinin sözügedən açıqlamasına cavabında qeyd edib ki...

Onu da xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev USAİD rəhbərinin sözügedən açıqlamasına cavabında isə qeyd edib ki, Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb.

Hikmət Hacıyev Samanta Pauerin hazırda Azərbaycanda həbsdə olan Qarabağ separatçılarının nümayəndəsi, milyarder Ruben Vardanyanla olan əlaqələrini də xatırladıb.

Qarabağ və Donetsk separatçılarının əlaqələri nədən ibarət olub?

Bu arada onu da qeyd edək ki, Samanta Pauerlə əlaqəsini Ruben Vardanyan ilk dəfə Azərbaycan istintaq orqanlarına verdiyi ifadəsində etiraf etmişdi.

Vardanyan etirafında Donetsk separatçısı, hazırda Rusiya Dövlət Dumasının deputatı olan Aleksandr Borodayın bilavasitə onun tərəfindən maliyyələşdirildiyini demişdi. USAİD-in rəhbəri Samanta Pauerin Vardanyanla yaxın təmaslarının təfərrüatı da Azərbaycan tərəfinə məlum olmuşdu.

Bundan sonra USAİD adlı təşkilatın Azərbaycanda yeri, ümumiyyətlə, olmayacaq

Belə ki, ABŞ administrasiyasının əsas fiqurlarından sayılan Samanta Pauer Ukraynada separatçıları maliyyəşdirən Ruben Vardanyanla nəinki əməkdaşlıq edir, hətta erməni milyarderin “soyqırıma məruz qalmış ermənilər”ə yardım etmək məqsədilə yaratdığı “Avrora” təşkilatının 1 milyon dollar dəyərində mükafatını da alıb.

Beləliklə, faktlar ortadadır və bundan sonra USAİD adlı təşkilatın Azərbaycanda yeri, ümumiyyətlə, olmayacaq.

Afət Tahirqızı

Digər xəbərlər