“İsrail-Fələstin müharibəsinin daha geniş coğrafi ərazini əhatə etməsi ilə bağlı gözləntilər var idi, amma bu proseslərin gedişatı onu göstərir ki, artıq belə bir ehtimal yoxdu”. Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, Qətərdə İsrail-Fələstin razılaşması, girov götürülmüş mülki şəxslərin HƏMAS tərəfindən geri qaytarılması ilə bağlı anlaşmanın əldə olunması onu göstərir ki, artıq tərəflər masa arxasında oturmaq məcburiyyətində qalıblar: “Müharibənin gedişində İsrailə Liviyadan, Suriya ərazisindən müəyyən raket atışları oldu. Amma bu fərdi xarakterdə oldu və bir neçə cəhətdən sonra sakitlik yarandı. Ona görə də, hesab edirəm ki, bu prosesin daha böyük coğrafi məkanı əhatə etməsi ilə bağlı ehtimallar yoxdur. Amma baş verən proseslərin özü ağrılıdır. Çünki hər iki tərəfdə mülki şəxslər zərər çəkdilər. Xüsusilə 15 minə yaxın fələstinli ölüb, məktəblər, baxçalar, yaşayış binaları dağıdılıb. Eyni zamanda, İsrail tərəfində də mülki şəxslərdən ölənlər var. Bütün bu proseslərin günahkarı HƏMAS-dır. Çünki ilk hücum edən HƏMAS olub. HƏMAS İsrail ərazisinə daxil olmaqla heç bir günahı olmayan, siyasi proseslərlərdən uzaq mülki insanları öldürüb. Yəni burda səbəbkar HƏMAS olsa da, İsrailin genişmiqyaslı beynəlxalq hüquq normalarının pozulması ilə müşahidə olunan hücumları təbii ki, pislənməldir. Artıq ABŞ-dan, BMT-dən və digər dövlətlərdən etiraz mesajlar gəldi ki, İsrail də bir balaca hərəkətlərində korrektə edir. Ümid edirəm ki, yaxın vaxtlarda tərəflər arasında bir anlaşma olacaq və ümumiyyətlə hərbi əməliyyatlar dayandırılacaq”.
Müəllif: Gülyana