PDF Oxu

Siyasət

  • 1 943

“AXCP xaricdən gələn sifarişləri yerinə yetirir” - MÜNASİBƏT

“AXCP xaricdən gələn sifarişləri yerinə yetirir” - MÜNASİBƏT

“Bu gün dağıdıcı müxalifət xarici havadarlarının əlində kukla kimi alətdilər. Həmin xarici qüvvələr müxalif qüvvələri istədikləri tərəfə fırladırlar”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Teyyub Qənioğlu deyib. Onun sözlərinə görə, hər kəsə aydındir ki, Makron və digər Avropadakı ermənipərəst qüvvələr nə üçün ermənilərin mənafelərini müdafiə edirlər: “Çünki erməni lobbisi öz istəklərinə nail olmaq üçün Qərbdəki söz sahibi olan şəxsləri pul müqabilində ələ alırlar və beləliklə də öz mövqelərini müdafiə etməyə onları təhrik edirlər. Bir növ "siyasətçilər" erməni diasporasından aldıqları pul müqabilində borcludurlar. Dağıdıcı müxalifət də Makronun və hansısa digər Avropadakı ermənipərəst şəxslərin mövqeyini müdafiə edilər və hətta Azərbaycana yönəlik qərəzli hərəkətlərinə haqq qazandırmaları ermənipərəst dairələrin onlara verilən növbəti sifarişdir. Bu da bir daha onu göstərir ki, AXCP, “Milli Şura” və digər təşkilat rəhbərlərinin milli maraqlarımıza zidd açıqlamalarla çıxış etmələri xaricindəki maraqlı dairələrdən aldıqları maliyyə dəstəyi qarşılığında həyata keçirməyə çalışdıqları sifarişlərdir. Amma başa düşmürlər ki, onların bu hərəkətlərinin axırı yoxdu. Çünki zaman gələcək onaları kənara atacaqlar. Yaxşı olardı ki, onlar bu cür hərəkətlərindən əl çəksinlər. Ümumiyyətlə, nə xaricidə, nə də daxildə olan qüvvələrin nə etməsindən asılı olmayaraq onlar heç vaxt Azərbaycanla bağlı məkrli planlarını həyata keçirə bilməyəcəklər”.

Digər xəbərlər