PDF Oxu

Siyasət

  • 1 626

Partiya fəalları ilə görüş keçirilib

Partiya fəalları ilə görüş keçirilib

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, hər bir ölkənin iqtisadi inkişaf strategiyası gələcəklə bağlı aydın təsəvvürlərin yaranmasında əsas yer tutur. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi tanınır və nüfuz qazanır. Bu real faktordur ki, ölkə iqtisadi cəhətdən müstəqil olanda, siyasi müstəqilliyə də qovuşmuş olur. Çünki iqtisadi asılılığı olan ölkələr heç vaxt müstəqil siyasət yürüdə bilməzlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi və siyasi müstəqillik qazanmış azsaylı ölkələrdəndir.

Çıxış edən ərazi partiya təşkilatının sədri Kəmalə Məmmədova qeyd edib ki, Ulu Öndərin milli maraq və mənafeyə hədəflənmiş böyük ideyalarını uğurla həyata keçirən, ümummilli inkişaf konsepsiyasını müvəffəqiyyətlə həyata keçirən cənab İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsi də ölkəmiz üçün mühüm tarixi hadisə idi. Ona görə ki, Ümumilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycan xalqına verdiyi bütün vədlərə sadiq qaldığını öz əməli ilə sübuta yetirdi. Bu gün əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları ən ali səviyyədə həyata keçirilir.

Daha sonra çıxış edən partiya fəalları İradə Abbasova, Esmira Əliyeva, Emil Məmmədov, Yunis İmanovPrezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsindən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlardanbəhs ediblər. Qeyd olunub ki, partiya üzvləri də öz fəaliyyətləri ilə digərlərinə nümunə olmalıdırlar.

Sonda xatirə şəkili çəkdirildi.

Digər xəbərlər