İraq ölkəmizlə qədim tarixə malik adət-ənənələri, dostluq münasibətləri olan dövlətdir. Mehriban dostluq münasibətlərinə bizi birləşdirən din və mədəni əlaqələri əlavə etsək daha doğru olar. Azərbaycan SSR-nin tərkibində olduğu dövrdə belə yaşadığımız çətinliklərə baxmayaraq Azərbaycanın din xadimləri İraqdakı müqəddəs torpaqları ziyarət ediblər. İraq dövləti torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğala məruz qalıb düşmən tapdağında olduğu dövrdə də ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Ölkəmizlə İraq Respublikası arasında diplomatik ikitərəfli münasibətlər 30 mart 1992 –ci ildə qurulmuşdur. İraq Respublikası ölkəmizin müstəqilliyini 1992-ci ilin yanvar ayının 2-dən tanıyır. İki dövlət arasında mövcud olan yaxın münasibətlər ölkəmizin İraqda İraqın isə Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ilə nəticələnmişdir. 20 may 2011-ci ildən isə Azərbaycan Respublikası Höküməti və İraq Respublikası Höküməti arasında ticarət iqtisadi elmi texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiya yaradılmışdır. Bütün bu tarixi hadisələr iki ölkə arasında dostluq münasibətlərinin bariz nümunəsidir.
20 noyabr 2023 –cü il tarixdə İraq Prezidenti Əbdüllətif Camal Rəşid ölkəmizə rəsmi səfər etmişdir. Bu səfər diplomatik münasibətlər boyunca ölkəmizə edilən ilk rəsmi səfər idi. İnanırıq ki, bu səfər iki ölkə arasında yeni əməkdaşlıq və dostluq münasibətlərinə öz tövhəsini verəcək.İki ölkə prezidenti arasındakı görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tarixi həqiqətləri-torpaqlarımızın 30 ilə yaxın erməni işğalına məruz qaldığını, 2020 ci ilin sentyabrında ordumuzun bütün cəbhəboyu ərazilərimizdə genişmiqyaslı müharibəyə başladığını və müharibəni zəfərlə başa çatdırdığını, 2023- cü ilin sentyarında isə mənfur düşmənin heç bir sülh çağırışına məhəl qoymayaraq, torpaqlarımızda həddindən artıq hərbi kontingent saxlamasına cavab olaraq 24 saatdan az davam edən mülki əhali arasında itki olmadan ərazi bütövlüyümüzün bərpası ilə başa çatdırmış antiterror əməliyyatını xüsusi olaraq vurğulamışdır.Bu gün İraq kifayət qədər sabitliyə nail olmuş bir ölkədir. Özəlliklə baş verən fəlakətlər, İraqı dağıtmağa çalışan qüvvələrin məkirli planlarıyla belə İraqda hazırda çox güclü ictimai-siyasi sabitlik formalaşıb. Bütün bu ictimai-siyasi sabitlik fonunda İraq həm də özünün iqtisadi potensialı və təbii sərvətləri ilə təkcə öz regionu üçün deyil, kənar regionlardakı ölkələr üçün də yeni bir bazar və istinadgah nöqtəsi kimi kifayət qədər böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu baxımdan İraqla kifayət qədər yüksək səviyyədə münasibətləri var. Daha əvvəl də İraq, Kürdüstan muxtariyyətinin rəhbərliyi ilə görüşlər keçirilib. İndi İraq prezidenti ölkəmizə səfər edir və belə həssas regionda ictimai-siyasi sabitlik qazanaraq öz iqtisadi inkişafını ən yüksək səviyyəyə çatdıran İraq kimi vacib bir ölkə ilə əlaqələrimiz bizim bundan sonrakı inkişafımız üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan-İraq əlaqələri özəlliklə iqtisadi enerji sahələrində daha da inkişaf edəcək.İraqla Azərbaycan arasında münasibətlər bundan sonra daha sürətlə inkişaf edəcək. Hazırda iki dost və qardaş dövlət arasında dini və mədəni əlaqələr də daxil olmaqla bütün sahələrdə iki tərəfli münasibətlər son illər daha da inkişaf edir, ölkə başçılarının xüsusi diqqəti sayəsində Azərbaycan-İraq əlaqələrinin yeni bir dövrü başlayır. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, imzalanan sənədlər münasibətlərin inkişafına fayda verəcək.Xüsusilə nəqliyyat-kommunikasiya, enerji, turizm və birbaşa hava relslərinin açılması istiqamətində əlaqələr sürətlə inkişaf edəcək, qarşılıqlı investisiya qoyuluşu daha da artacaq və ticarət dövriyyəsi genişlənəcək. Bunun üçün kifayət qədər potensial və imkanlar mövcuddur. İraq və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrin mahiyyəti də buna kifayət qədər geniş imkanlar açır.Azərbaycanın Ermənistanın işğalı faktı ilə üzləşdiyi dövrdə İraqın Azərbaycana bir çox beynəlxalq platformalarda verdiyi dəstək, Azərbaycanın isə separatizmə məruz qalmış bir ölkə olaraq İraqa verdiyi dəstək qarşılıqlı münasibətlərə çox ciddi təsir göstərir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri