PDF Oxu

Siyasət

  • 1 061

Kəlbəcər Şəhəri Günü əsrlər boyu qeyd ediləcək ŞƏRH

Kəlbəcər Şəhəri Günü əsrlər boyu qeyd ediləcək ŞƏRH

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə xalqımız 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi şəhərlərimizin ` böyük coşğu ilə qeyd edir. Artıq hər il 26 avqustda Laçının, 4 oktyabrda Cəbrayılın, 17 oktyabrda Füzulinin, 20 oktyabrd Zəngilanın, 25 oktyabrda Qubadlıının, 8 noyabrda Şuşanın, 20 noyabrda Ağdamın, 25 noyabrda Kəlbəcərin əlamətdar gününü qəlbi Vətən sevgisi ilə döyünən hər kəs qürur hissi ilə bayram edir.

44 günlük Vətən müharibəsinin şanlı Zəfərə aparan hər bir günü bütün dünyanın yaddaşına Azərbaycan xalqının qəhrəmanlığı, humanistliyi ilə həkk oldu.

Torpağının altı da, üstü də zəngin xəzinə olan Kəlbəcərin işğaldan azad olunması Azərbaycan xalqının humanistliyini bir daha dünyaya bəyan etdi. 44 günlük Vətən müharibəsində 27 il Kəlbəcəri əsarətdə saxlayan, sərvətlərini talayan, obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verildi. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi bunun bariz nümunəsi idi.

Ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev Kəlbəcər rayonu işğaldan azad olunan gün xalqımızı təbrik edərək, bildirib ki, biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır.

Haqqın, ədalətin bərpa edilməsinə doğru qətiyyətlə irəliləyən Azərbaycanın dünyanı heyrətə salan böyük qələbəsindən keçən qısa zaman ərzində işğaldan azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı yenidənqurma, bərpa - quruculuq işləri geniş vüsət aldı. Dünya Azərbaycan xalqının bu torpaqların sahibi olduğunun bir daha şahidi oldu.

Düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz sürətlə dirçəlir, cənnətə çevrilir. İşğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün yaradılan ən yaxşı həyat şəraiti

Prezident cənab İlham Əliyev siyasətinin uğurlarının davamı kimi tariximizə qızıl hərflərlə yazılır.

İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcər rayonu da bərpa olunur, düşmən işğalından əvvəlki günlərinə qovuşur. Düşmənin cəngindən azad edilən dağlıq ərazidə yerləşən Kəlbəcərə qış aylarında gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə Murovdağ silsiləsində dünyanın ən uzun avtomobil tunelinin çəkilməsi, bölgənin yol-nəqliyyat infrastrukturunun bərpası, müasir standartlara cavab verən xəstəxanaların, məktəblərin, yaşayış binalarının, mədəniyyət obyektlərinin tikilməsi, elektrik stansiyalarının quraşdırılması, sadalamaqla qurtarmayan infrastruktur layihələrin həyata keçirilməsi hər kəsdə böyük ruh yüksəkliyi yaradır. Bu gün 27 illik məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər böyük coşqu ilə düşmən tapdağından birdəfəlik azad olan diyarda genişmiqyaslı tikinti, quruculuq işlərinə start verilməsi ilə dədə-baba yurduna qovuşmağın sevincini yaşayırlar.Qüdrətli liderimiz cənab İlham Əliyevin möhtəşəm siyasəti sayəsində doğma yurdlarında yeni həyata başlayan soydaşlarımız Kəlbəcər elində daha aydın sabaha inamla addımlayırlar.25 noyabr Kəlbəcər Şəhəri Günü əsrlər boyu qeyd ediləcək, qalib xalqımız tarixi qələbəmizlə qürur duyacaq.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər