PDF Oxu

Siyasət

  • 2 267

Müasir dünyamızda yeniləşən Azərbaycan-İraq əlaqələri ŞƏRH

Müasir dünyamızda yeniləşən Azərbaycan-İraq əlaqələri ŞƏRH

20 noyabr 2023-cü il tarixində İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfərə gəlmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin təkbətək görüşü baş tutdu. Görüşdə ölkələr beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərini dəstəklədiklərini və hər iki ölkənin işğaldan əziyyət çəkməsindən amma bu vəziyyətin keçmişdə qalmasından bəhs edildi. Daha sonra iqtisadiyyat, energetika, elm, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu vurğulandı.

Hər iki dövlətin əlaqələri qədim tarixə gedib çıxır. 1959-cu ildə Azərbaycanla İraq arasında bağlanmış müqavilə elmi-texniki əməkdaşlıq üçün hüquqi baza rolunu oynadı. Bu müqavilənin sayəsində müxtəlif maşın, cihaz, neft avadanlığı və s. istehsal edən iri sənaye müəssisələrinin məhsullarına İraqda tikilən obyektlərdə tətbiq olunmağa başlanıldı. Yerli mütəxəssislərimiz həmin ərəfələrdə öz təcrübələrini iraqlı həmkarları ilə bölüşərək yerli kadrların hazırlanmasında fəal iştirak etmişlər. Neft sənayesi sahəsində də bir çox işlər görülmüş və sahədə də azərbaycanlı neftçilərin böyük rolu olub. Bağdadda yerləşən neft sənayesi tədris mərkəzinin yaradılaraq fəaliyyət göstərməsində yerli mütəxəssislər bağdadlı həmkarlarına öz təcrübələrini öyrətmişlər.

Müstəqilliyimizin bərpasından sonra da bu əlaqələr getdikcə daha da inkişaf edib. 2 yanvar 1992-ci il tarixində müstəqilliyimizi tanıyan İraq ölkəmizlə diplomatik münasibətlərin qurulmasına başladı. Sovet hakimiyyəti dövründə Azərbaycanda Baş Konsulluq səviyyəsində fəaliyyət göstərərək sonradan səfirlik statusunda fəaliyyətini davam etdirməyə bu gün də davam edir. Hal-hazırda Azərbaycanla İraq arasında ikitərəfli münasibətlərlə yanaşı, İslam Konfransı Təşkilatı və BMT çərçivəsində də davam etdirilir. 1999-cu ildə paytaxt Bağdadda Azərbaycan və İraq Respublikasınnı Mədəniyyət və İnformasiya nazirlikləri arasında Əməkdaşlıq Sazişi imzalandı. Sazişə əsasən hər iki ölkə arasında mədəni əlaqələrin yeni tarixi şəraitin tələblərinə uyğun davam etdirilməsi ideyası üstünlük təşkil edir. 2008-ci ildə isə Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin başlıca perspektivlərinə iki ölkə mədəniyyətinin bir-birilə tanışlığının davam etdirilməsi və məqsədlə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi təşkil edir.

20 noyabr 2023-cü il tarixində İraq Prezidentinin Azərbaycana rəsmi səfəri əsnasında birgə memorandumlar imzalandı. Həmin memorandumlar: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanmışdır. Hər iki tərəfi təmsil edən qurumlar – turizm, sosial müdafiə, texnologiya və nəqliyyat sahələrini təmsil edən qurumlar arasında imzalanmış sənədlər gələcəkdə Azərbaycan və İraq arasında inkişafa daha da diqqət ayrılmasını özündə əks etdirən sahələrdir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər