Geosiyasi transformasiyaların və dünya düzəninin sürətli dəyişikliklərin baş verdiyi müasir şəraitdə, Azərbaycan və İraq arasındakı əlaqələrin diqqət cəlb edən xüsusiyyətləri mövcüddur. Əhəmiyyətli geostrateji zonalarda yerləşən bu iki dövlət zəngin tarixə malikdir və onların qarşılıqlı əlaqəsi, onların regionlarında və bütövlükdə dünyada baş verən hadisələrə dərin təsir göstərə bilər. Azərbaycan ilə İraq arasında münasibətlərin tarixi onilliklər boyu davam edən qarşılıqlı anlaşma və əməkdaşlığa bağlıdır. Hər iki dövlət qədim sivilizasiyaların və mədəniyyətlərin bir hissəsi olub, onların mədəni-tarixi irsində öz izlərini qoyub. Lakin bir çox regionlar kimi, onlar da gərginlik və münaqişə dövrləri ilə üzləşiblər. Bu gün iki ölkə arasında münasibətlərin diplomatik aspekti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə İraq arasında müxtəlif səviyyələrdə diplomatik əlaqələr uğurla davam etdirilir. Siyasi dialoqun inkişaf etdirilməsində və əsas beynəlxalq məsələlər üzrə əməkdaşlığın gücləndirilməsində qarşılıqlı maraq artan xətlə yüksəlir və bu dinamika gələcək münasibətlərin perspektivliyindən xəbər verir. Cari ildə İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə ilk rəsmi səfəri, o cümlədən dövlət Başçılarının təkbətək görüşü zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyinin bir çox məsələlərini müzakirə edilməsi, faktiki olaraq gələcək əməkdaşlıq üçün əsas istiqamətləri müəyyənləşdirdi, vurğulanan məsələlərin reallaşması istiqamətində mühüm addım oldu və səfər çərçivəsində noyabrın 20-də hər iki dövlət Başçılarının bəyanatları buna bariz nümunədir.
Mövcud qlobal çağırışlar və dəyişikliklər fonunda Azərbaycan və İraq beynəlxalq aləmdə mövqelərini möhkəmləndirərək, diplomatik münasibətləri uğurla davam etdirirlər. Hər iki dövlət BMT-in, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və bu, əsas qlobal problemlər üzrə müzakirə, həmrəylik və dəstək üçün geniş imkan yaradır.
Azərbaycan ilə İraq arasında əlaqələrin mühüm istiqamətlərindən biri də, iqtisadi əməkdaşlıqdır. Hər iki dövlətin zəngin resursları var və onların qarşılıqlı fəaliyyəti regionun sabitləşməsində əsas rol oynaya bilər. Ticarət, investisiya və enerji layihələri qarşılıqlı fayda və dostluq əlaqələrinin möhkəmlənməsi üçün möhkəm əsas təşkil edə bilər. Bu, o cümlədən mövcud layihələrin genişləndirilməsi və ya onların iqtisadi qarşılıqlı fəaliyyətini gücləndirəcək yeni layihələrin həyata keçirilməsini əhatə edə bilər. Azərbaycan və İraq arasında təhsil və mədəni mübadilə proqramlarının genişləndirilməsi, hər iki ölkənin vətəndaşları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verir. Belə konkret addımların nümunələri, hər iki ölkəyə müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməyə şərait yaradır ki, bu da öz növbəsində qlobal kontekstdə onların əlaqələrinin möhkəmlənməsinə və inkişafına xidmətdən ibarətdir.
Diplomatiyanın, iqtisadiyyatın və təhlükəsizliyin bir-biri ilə sıx əlaqəli olduğu müasir dünyada Azərbaycan ilə İraq arasında əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin Azərbaycanın İraqla əlaqələrinin möhkəmləndirilməsindəki rolu onun iqtisadi, diplomatik və təhlükəsizlik sahələrindəki xidmətlərinin məcmusunu təşkil edir. Onun rəhbərliyi iki ölkə arasında münasibətlərdə müsbət dinamizmin yaradılmasına mühüm töhfə verir.
Yaxın Şərq regionunda qeyri-sabitlik şəraitində təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusi aktuallıq kəsb edir. Terrorizm çağırışları və geosiyasi münaqişələr təhlükəsi ilə üzləşən hər iki dövlət, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə strategiyaların işlənməsi istiqamətində də mühüm addımlar atmaq qabiliyyətindədir. Xüsusi vurğulamaq lazımdır ki, bu iki dövlət arasında uğurlu əməkdaşlıq təkcə onların regionlarında deyil, bütövlükdə dünya siyasətində sabitliyin və rifahın yeni mərhələsinə gətirib çıxara bilər.
Ümumilikdə, Azərbaycan və İraq arasındakı münasibətlər regional və qlobal siyasətdə yeni reallığın formalaşmasında ciddi rol oynayır. İqtisadiyyat, diplomatiya, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı gücləndirmək istəyi iki xalq üçün yeni perspektivlər açır. İki dövlətin birgə rifah yolunda tövhələrin davam etməsi, münasibətlərin daha dərinləşdirilməsi, dialoq və əməkdaşlığın dünya mənzərəsini necə dəyişdirə biləcəyinin parlaq nümunələrin birinə çevrilir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü