PDF Oxu

Siyasət

  • 2 079

Paşinyanın anti-KTMT demarşı - ŞƏRH+AKTUAL

Paşinyanın anti-KTMT demarşı - ŞƏRH+AKTUAL

Bu addım Ermənistana və regiona nə vəd edir?

"KTMT bizim müttəfiqimizdir, tərəfdaşımız deyil. Bizim tərəfdaşımız NATO və KTMT-nin üzvü olmayan digər ölkələrdir”. Bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan jurnalistlərlə söhbətində deyib.

“Müttəfiqlərlə dilinlə deyil, ağlınla işləməlisən. Əgər beyinlər yoxdursa, o zaman gözlənilən nəticəni ala bilməzsən. Müttəfiq sizin yerinizdə döyüşmək üçün orada deyil, lazım olduqda və mümkün olduqda sizə kömək etmək üçün oradadır. Ancaq bu, birtərəfli ola bilməz. Lazım gələrsə, ona kömək etməlisən – silahla olmasa da, müxtəlif platformalarda səsvermə yolu ilə və s.”, - Sarqsyan Paşinyana səslənib.

Ermənistanın eks-prezidenti: "Lazım gələrsə, daha böyük problemlərə toxuna bilərəm"

Ermənistanın eks-prezidenti bildirib ki, onun müttəfiqlərə haqq qazandırmaq niyyəti yoxdur. “Müttəfiq təklif edəndə və siz imtina edəndə o nə edə bilər? Yalvarmalıdır? Heç vaxt müttəfiqlərimizə haqq qazandırmaq istəyim olmayıb, Lazım gələrsə, daha böyük problemlərə toxuna bilərəm, amma bunun kök səbəbini tapmaq lazımdır. Niyə bu müttəfiq 30 il ərzində öz öhdəliklərini yerinə yetirdi, indi yerinə yetirmir? Çünki biz işləməyi bilirdik və əsl müttəfiq sayılırdıq”, - deyə Sarqsyan əlavə edib.

Emirhan Yörük: "İrəvan hakimiyyətinin Azərbaycan, Türkiyə və Gürcüstanla münasibətlərini tam düzəltmədən, sərhədlər açılmadan KTMT-dən çıxmaq kimi bir qərar verəcəyini düşünmürəm"

Bu arada, Türkiyənin Demokratiya və Sıçrayış Partiyasının (DEVA) üzvü, “Polletika” platformasının sədri, siyasi ekspert Emirhan Yörük mövzu ilə bağlı bildirib ki, KTMT postsovet məkanında olduqca nüfuzlu bir təşkilatdır. Hətta Şərq və Qərb doktrinaları arasında zəif formada olsa belə, hələ də Şərqin ən görkəmli simvollarından biridir. Lakin Ermənistanın indiki vəziyyətdə KTMT-dən çıxması real görünmür. Hazırda Ermənistanın, sadəcə, Rusiya və İranla sərhədlərinin açıq olduğunu nəzərə almaq lazımdır. Yəni İrəvan hakimiyyətinin Azərbaycan, Türkiyə və Gürcüstanla münasibətlərini tam düzəltmədən, sərhədlər açılmadan KTMT-dən çıxmaq kimi bir qərar verəcəyini düşünmürəm. Amma Ermənistanın KTMT-dən çıxmaq ehtimalı uzaq perspektivdə yüksəkdir.

Türkiyəli siyasətçi: "Ukrayna müharibəsinə görə küncə sıxışan Rusiyaya qarşı bu addımları atmaq artıq hər zaman olduğundan daha çox mümkündür"

"Ermənistan hakimiyyəti məğlub olduqları İkinci Qarabağ müharibəsində Rusiyadan kifayət qədər dəstək almadığını iddia edir. Nikol Paşinyan iqtidarı da bu səbəbdən anti-Rusiya addımları atır. Onu da nəzərə almaq lazımdır ki, Ukrayna müharibəsinə görə küncə sıxışan Rusiyaya qarşı bu addımları atmaq artıq hər zaman olduğundan daha çox mümkündür.

Üstəlik, hər seçkidə zəfər qazanan Paşinyanın Rusiyaya qarşı atdığı addımlarına xalq da dəstək verir. Düşünürəm ki, Rusiyanın mövcud vəziyyəti və xalqın Paşinyana dəstəyi nəzərə alınarsa, onun anti-Rusiya siyasəti səhv sayılmaya bilər", - deyə türkiyəli siyasətçi əlavə edib.

Beləliklə, bu məsələdə qərar Ermənistanın olsa da, söz KTMT-nindir və ya daha dəqiq desək, Rusiyanındır. Artıq Kreml İrəvana son şans verdiyini də rəsmi şəkildə bəyan edib. Paşinyanın KTMT-nin növbəti tədbirinə dəvət edilməsi də nəyin necə olduğuna işarə edir.

Afət Tahirqızı

Digər xəbərlər