Partiyadan olan istefalarla Əli Kərimlinin verdiyi siyahıdakı 5004 nəfər azalaraq 5 minin altına düşəcək
Dağıdıcı müxalifət düşərgəsində baş verən aşağılarla yuxarılar arasındakı qarşıdurmalar partiyalar daxilindəki çatları genişləndirib. Artıq sədrlərin anormal çıxışlarına, dövlətçilik əleyhinə yönələn fəaliyyətlərinə dözmək istəməyən sıravilər çıxış yolunu istefalarda görürlər. Daha doğrusu, artıq AXCP daxilində ara-sıra qeydə alınan istefalar son vaxtlar kütləvi xarakter alıb. Bunda əsas səbəblərdən biri kimi Əli Kərimlinin ABŞ-ın və Qərbin bir sıra qaranlıq dairələri ilə Azərbaycan dövlətinin maraqlarına uyğun gəlməyən əməkdaşlığa getməsi, əlaqələr qurması göstərir. Digər tərəfdən, Ə.Kərimlinin torpaqlarımızın erməni işğalından azad edilməsini “yarımçıq qələbə” adlandırması və bu istiqamətdə ABŞ dövlət departamentinin layihəsi kimi fəaliyyət göstərən Sevinc Osmanqızının TV-sində tez-tez çıxışlar etməsi daxili narazılıqları və etirazları istefalarla əvəzlənməsinə gətirib çıxarıb. AXCP-dəki narazılıqlar sırasında Ə.Kərimlinin avtoritar idarəetmə sistemi qurmasıdır. Yəni, Ə.Kərimli kobud nizamnamə pozuntusu edərək kimi istəyir partiyadan uzaqlaşdırır, kimisini də özünə müavin və ya kollegial idarəetməyə üzv seçir. Bütün bu kimi rüsvayçı idarəetmə istefaların sürətlənməsinə gətirib çıxarıb.
AXCP-də daha bir istefa
Fəal cəbhəçilərdən olan Tərlan Babayev də partiya sıralarından getdiyini bəyan edib. AXCP Ali Məclisinin və Təşkilat şöbəsinin üzvü, bir müddət AXCP Nizami rayon şöbəsinə sədrlik etmiş Seymur Əhmədzadə də partiyadan istefa verib. Partiya daxilindən sızdırılan məlumata görə Seymur Əhmədzadənin Əli Kərimli ilə problemləri olub. AXCP sədrinin tutduğu ikili mövqe Seymur Əhmədzadə kimi gəncləri hiddətləndirib. Daxil olan məlumatda o da bildirilir ki, AXCP-nin sonuncu qurultay şousu bir çox cəhbəçinin narazılığına səbəb olmuşdu. Bu səbəbdən də AXCP-dən istefa verənlərin sayı daha da artacaq. Belə getsə, AXCP-nin reyestrindən keçmək üçün Əli Kərimlinin verdiyi siyahıdakı 5004 nəfər azalır və 5 minin altına düşür. Qanunvericiliyə istinad olunsa, o halda yaxın vaxtlarda Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-nin qeydiyyatı ləğv olunacaq. Çünki “Siyasi partiyalar haqqında qanuna” görə, partiyaların dövlət qeydiyyatına alınması üçün 5 min imza tələb olunur. AXCP-nin isə qeydiyyata alınması üçün lazım olan imzası yoxdur. Daha doğrusu, topladığı imzalar istefaların baş verməsi səbəbindən azalmada davam edir. Deməli, AXCP-nin qeydiyyatının ləğv edilməsi qaçılmazdır.
İlham Hüseynli istefaya hazırlaşan cəbhəçiləri fikirlərindən çəkindirmək üçün onları şantajla hədələyir
Görünən ondan ibarətdir ki, Ə.Kərimli və trol dəstəsi digər cəbhəçiləri istefa fikrindən çəkindirmək üçün şantaj, hədə metodundan istifadə etməyə başlayıblar. Əli Kərimlinin tapşırığı ilə hazırda AXCP-dəki trol dəstəsinə rəhbərlik edən İlham Hüseynli və dəstə üzvləri Seymur Əhmədzadə və Pərvin Hüseynli istefa verdiklərinə görə sosial şəbəkələrdə təhqir olunurlar. Hətta pulla şirnikləndirməklə qərarlarından imtina edilmələrinə də cəhdlər göstərilir. Lakin istefa dalğası başlandığı üçün onu dayandırmaq mümkün deyil. Bu isə onu göstərir ki, yaxın vaxtlarda AXCP fəaliyyətini dayandıracaq.
Sosial şəbəkələrdə Ə.Kərimlinin idarəetməsinə və partiyadan olan istefalara sosial şəbəkə istifadəçilərinin hərəsi bir cür münasibət bildirir. Onları ixtisarla təqdim edirik:
Farid Mustafa Mustafayev:
-Bu, belədə olmalı idi. Çünki partiya istiqamətini öz şəxsi prinsipi və istəkləri naminə idarə edən birisinin üzvlərinin hər birini belə sonluq gözləyir. Özünü lider adlandırmaqla lider olmursan.
Ziya Paşayev:
-Əli Kərimli nağılı bitdi.
Sevinc Əliyeva:
- Belə də olmalı idi.
Bayram Xudayarov:
- Belə görünür istefalar davam edəcək.
Oruc Mahmudov:
-Yarpaq tökümü davam edir.
İlhamə Kərimova:
-Əli Kərimli siyasətin xəyanət simvoludur. Onu tərk edən insaların hamısının, məhz bir səbəbi var: Xəyanət!
Cavid Mehdizadə:
-Artıq hər kəs Əli Kərimlinin iç üzünü görür.
Namiq Məmmədov:
-AXCP - üzvlərinin partiya sıralarından uzaqlaşması, adıçəkilən partiyanın idarəçilərinin əsl niyyət və amalının artıq dalana dirəndiyinin şərhsiz ifadəsidir.
Alida Aslan:
-AXCP üzvləri Əli Kərimlinin illərdi yalnız öz mənafeyi üçün çalışdığını görürlər.
Kənan Islamov:
-Əli Kərimli və bunun kimilər ermənilərə satılmaqla özlərinin ermənilərə olan sevgilərini və Azərbaycana olan nifrətlərini sübut eləyirlər.
Yalçın Abdullazadə:
-Təmsil olunduğu partiyadan istefa ciddi səbəblərdən xəbər verir.
Lalə Məmmədova:
-Müxalifətin fəaliyyəti ancaq ikiüzlülük və satqınlıqdan ibarətdir.
İ.ƏLİYEV