PDF Oxu

Siyasət

  • 2 398

SPECA-nın Azərbaycanda keçirilməsi böyük uğurdur ŞƏRH

SPECA-nın Azərbaycanda keçirilməsi böyük uğurdur ŞƏRH

24 noyabr 2023-cü il tarixində Bakıda BMT-nin Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümü keçirilib. Bu ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Qazaxstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğızstan Respublikasının Prezidenti Sadır Japarov, Tacikstan Respublikasının Prezidenti Emoməli Rəhmon, Özbəkstan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və digər rəsmi nümayəndələr iştirak etdi. 25 il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir.

SPECA-nın ildə bir dəfə Rəhbər Şuranın iclası və İqtisadi Forumu keçirilir. Proqram çərçivəsində “Su, enerji və ətraf mühit”, “Ticarət”, “Elmə əsaslanan inkişaf”, “Dayanıqlı nəqliyyat, tranzit və əlaqəlilik” və digər sahələrdə işçi qrupları fəaliyyət göstərir. Burada proqramın məqsədi BMT-nin sosial-iqtisadi məsələlərinin Mərkəzi Asiya ölkələri üzrə daha effektiv reallaşmasına kömək etməkdir. Azərbaycan bütün işçi qruplarında iştirak edir. Avropa ilə Şərq arasında nəqliyyat dəhlizlərinin keçdiyi yer bizim bölgəmizdir. Azərbaycan enerji, tranzit, ticarət və başqa sahələrdə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə çox böyük yenidənqurma layihələri həyata keçirir. Ölkəmizin SPECA proqramında iştirak etməsi bizim üçün faydalıdır. Müxtəlif səbəblərə görə bu proqram bir o qədər də aktiv olmayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev SPECA Zirvə Görüşündə çıxışı zamanı vurğuladı: “SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”. Artıq dünya iqtisadiyyatında regionun rolu və gözləntilər əhəmiyyətli şəkildə artır. Bu gözləntilər daha da artaraq yenidən aktiv şəkildə fəaliyyət göstərəcək, həm də Orta Dəhlizin önəmli parçası olan Azərbaycan Respublikasının da maraqlarına tam cavab verir.

Müstəqilliyimizin ilk illərində ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Həyata keçirilən etnik təmizləmə siyasətinin nəticəsi olaraq bir milyon azərbaycanlı öz ev-eşiklərindən qovuldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanı məğlub edərək BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsini öz gücünə təmin etdi. Lakin buna baxmayaraq Ermənistanın həyata keçirdiyi təxribatların qarşısını almaq üçün bu ilin 19-20 sentyabr tarixlərində ölkəmiz antiterror tədbirləri həyata keçirərək suverenliyimizi tam bərpa etdik. Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə yeni şəhərlər və kəndlər inşa edilir. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba torpaqlarına geri qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün yenidən inşa edilən şəhər və kəndlərə yəni öz evlərinə qayıdacaqlar.

BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 1998-ci ildə yaradılmış, həmin proqrama üzv dövlətlər Azərbaycan, Qazaxstan, Tacikstan, Qırğızstan, Türkmənstan, Özbəkstan və Əfqanstandır. Ölkəmiz SPECA-ya 2002-ci ildə üzv olmuş və hal-hazırda fəal üzvlərdən biridir. Proqramın məqsədi dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsi və üzv dövlətlər arasında əməkdaşlığın inkişafıdır. 2016-cı ildə Azərbaycan həmin quruma sədrlik edib. Elə həmin ildə Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib.

SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edildi. BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qətnamə qəbul edildi. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmiş və ölkəmiz Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaqdır. SPECA həftəsi ərzində Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi yuxarıda adlarını qeyd etdiyim ölkələrdə gedən inkişafı əyani şəkildə göstərir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər