İflasa uğrayan Əli Kərimlinin məkrli və çirkin siyasəti…
Bu həqiqətən də belədir: məntiq tükənən yerdə AXCP sədri Əli Kərimlinin sevimli məşğuliyyətinə çevrilən böhtan və uydurmaları başlayır. Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu, sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq aydın olur ki, bu gün müxalifət, o cümlədən Əli Kərimli kimilər illərdi ki, eyni mühitdə qalıb, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bu koronavirusdan da güclü virusa çevriliblər. Nəticə nə oldu? Sonda ayaqqabıları belə silməyə lazım olmayan dəsmal parçası.
Bax, budur həqiqət. Ona görə də, Azərbaycan xalqı koronavirus epidemiyasından çıxdıqdan sonra dövlətin, millətin maraqlarını heçə sayan Ə.Kərimli kimi antimilli ünsürün şər və böhtanlarını bağışlamayacaq və sərt ölçü götürmələrini, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək. Və bu haqq-hesab isə çox ağır olacaq. Çünki…
Tarixi faktları saxtalaşdırmaq olmaz, tarix unudulmur…
Və son günlər AXCP-dən qopmalar, istefa verənlər Pərvin Hüseynli, Fatima Hüseynov bildirib ki, nə zamana qədər AXCP Əli Kərimlinin girovluğunda qalmalıdır? Seymur Həzi nə üçün Əli Kərimlinin kölgəsində olmalıdır?
Göründüyü kimi, Əli Kərimli, cidanı çuvalda nə qədər gizlətmək olar? 28 ildir AXCP fəaliyyətinin bütün dövrlərində Azərbaycan dövlətinin və Azərbaycan xalqının mənafeləri ziddinə fəaliyyət göstərmiş, hətta Vətən müharibəsi və antiterror tədbirlərində bu "partiya" və "funksionerləri" açıq şəkildə dövlət və xalq əleyhinə mövqedə qərarlaşmışlar. Və illər uzunu Əli Kərimovun yalanlarına və şəxsi ambisiyalarına alət olmuş üzvlər tədricən bu reallığın fərqinə varmaqdadır. 28 ildir susan partiya fəalları başa düşməlidirlər ki, Əli Kərimli demokratiya, insan hüquqları, sosial dövlət ideyalarına tüpürmüş, maddi maraq üçün çalışan bir diktatordur. Elə ona görə də sadə bir çəhbəçinin onun üçün dəyəri yoxdur. Çünki yetərli sosial bazası olmayan və cəmiyyətdə heç bir nüfuza malik olmayan AXCP üçün 5004 imza toplamaq çox ağır idi. Bu məqamda yenə də boş vədlər, ənənəvi yalvarışlar işə düşdü. Populist çıxışları ilə ətrafına zorla bir neçə adam toplayıb 5000 imzanı ədliyyə nazirliyinə çətinliklədə olsa təqdim edə bildi. Amma AXCP-də ki, son qopmalar Əli Kərimlinin və partiyasının gələcəkdə təhlükəyə düşməsini qaçılmaz edir. Partiyada yaranan vəziyyət AXCP-nin mövcudluğunu sual altına salacağına heç ümid belə qalmayıb. Çünki özünə hörmətlə yanaşan, milli düşüncəli şəxsin antimilli ünsürün yanında nə işi? Bu gün Əli Kərimli kimilərin meydanı daha da daralır və necə deyərlər siyasi süqutun sonu yaxınlaşır. Və bu gün cəmiyyətin özü güzgüdür və hansı ideologiyanın milli mənafeyə, sosial rifaha, qanunçuluğa, dövlətçiliyə, müasirliyə, varisliyə söykəndiyini yaxşı görür və yaxşı da bilir. Və yaxşı bilir ki, indi 90-cı illərin əvvəlləri deyil. Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir. Əldə olunan nailiyyətlər sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. Son illər cəbhədə düşmənə verilən cavab, bir qarış olsun belə torpaq verməmək, əksinə, yeni mövqelər əldə etmək məhz bu gücün real göstəricisidir.
Və bu satqın, erməniyə nökərçilik edənlər anlamalıdır ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Bəli, heç kim şübhə etmir ki, əlverişli məqamda bu, mütləq baş verəcək. Bunu 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr və bu ilin sentyabr ayının 19-da işğalçı Ermənistanın etdiyi təxribatlarına görə əməlli-başlı dərsini verdi. Və «Dəmir yumruğ»un davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu – 2023-cü il sentyabrın 20-də növbəti qələbəyə imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Qısa müddətdə - bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacağının sübutu idi.
Qalib Liderimiz, Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində lokal antiterror tədbirlərinə başlanmasını şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi ki, bu tədbirlər nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlətimizin başçısı deyib: «Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır».
Bəli, sözü imzası qədər dəyərli və keçərli olan Ali Baş Komandan, Prezident İlham Əliyev nə vaxt, nəyi, necə etmək lazımdır – bunu özü bilir. Və dövlət başçımızın söylədiyi kimi: «Bizə xor baxanlara, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.
Rəfiqə HÜSEYNOVA