PDF Oxu

Siyasət

  • 2 468

Azərbaycan SPECA ilə əlaqələri inkişaf etdirir ŞƏRH

Azərbaycan SPECA ilə əlaqələri inkişaf etdirir ŞƏRH

2023-cü il 24 noyabr tarixində Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə Mərkəzi Asiya ölkələrinin prezidentləri və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) icraçı katibləri tərəfindən imzalanmış Daşkənd Deklarasiyası ilə yaradılmışdır. Hazırda SPECA-nın iştirakçı ölkələri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Əfqanıstandır. UNECE və ESCAP SPECA-nın Proqram çərçivəsində fəaliyyətlərinə birgə ümumi dəstək verirlər. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığı və onun dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirməkdir.Ölkəmiz növbəti dəfə mötəbər bir tədbirə ev sahibliyi etdi. Beynəlxalq tədbirlərin təşkilatçısı və humanitar təşəbbüslərlə dünyada tanınan Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) sədri olaraq proqrama üzv dövlətlərin prezidentləri ilə növbəti dəfə görüş təşkil olundu.İlk dəfə olaraq cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə üzv dövlətlərin zirvə görüşü keçirilmişdir. Proqramın yaradıldığı illərdə müstəqilliklərinin ilk dönəmlərini yaşayan üzv dövlətlər ötən bu qısa müddətdə gözləgörülən uğurlar əldə etmişlər. Geridə qalan dövr ərzində Proqram çərçivəsində qarşılıqlı uğurlu əməkdaşlıq əlaqələri nəticəsində bu gün üzv dövlətlər arasında ticarət dövriyyəsi artmış, ikili və çoxtərəfli siyasi və iqtisadi əlaqələr güclənmişdir.Bu gün Azərbaycan və SPECA-ya üzv olan digər dövlətlər istər bir-birləri, istərsə də digər dövlətlərlə qurduqları əlaqələrdə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər çərçivəsində bərabərtərəfli əməkdaşlıq əlaqələri qururlar. Azərbaycan istər regional, istərsə də beynəlxalq səviyyədə əməkdaşlıqda etibarlı partnyor olmaqla yanaşı üzv olduğu və ya qoşulduğu təşkilatların işinə müxtəlif istiqamətlərdə töhfə vermişdir. 20-24 noyabr 2023-cü il tarixlərində Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı)həftəsiçərçivəsində İşçi Qruplarının iclasları, İqtisadi Forum, SPECA Rəhbər Şurasının 18-ci sessiyası keçirilmişdir. Proqramın xidmətyönümlü, çevik və strateji platformaya çevrilməsinə dəstək məqsədilə “SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında təşkil olunan SPECA 2023 İqtisadi Forumunda SPECA bölgəsində yaşıl enerji bağlılığı, nəqliyyat bağlantısı, təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi mövzularında geniş müzakirələr aparılmışdır.Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq xarici siyasətimizin əsas prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin xüsusi təşəbbüsü və fəallığı ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan və Mərkəzi Asiya dünya arenasında vahid tarixi-mədəni coğrafi region kimi çıxış edir. İstər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlıq formatlarında Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birilərinin müstəqilliklərini, ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Statistikaya nəzər salsaq görərik ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Qarşılıqlı səfərlərin fəal dinamikası davam edir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi üç dəfədən çox, bu ilin yeddi ayı ərzində isə daha 50 faiz artıb.Mərkəzi Asiya dövlətlərinin Azərbaycana artan marağını şərtləndirən digər bir amil ölkəmizin geosiyasi və coğrafi mövqeyi, sahib olduğu logistika imkanlarıdır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar sıfıra bərabərdir. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub qovşaqlarının kəsişməsində yerləşməsi, həmçinin indiki gərgin beynəlxalq münasibətlər fonunda hamının böyük maraq göstərdiyi Orta Dəhlizin əsas açar dövlətlərindən biri olması ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. Çindən Avropaya daşınan yüklərin orta hesabla 20-25 günə çatdırılmasını təmin edən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uğurlu fəaliyyətinin təmin olunmasında da Azərbaycanın müstəsna rolu var. Sahib olduğumuz imkanlar Mərkəzi Asiya ölkələrinin də istifadəsi üçün təqdim edilir. Onlara bu imkanlardan yararlanmaq, dünya bazarlarına çıxış üçün əlavə geniş şərait yaradılır.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər