YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Bakıxanov qəsəbəsi, Axundov küçəsi 25 ünvanında partiya fəalları ilə görüşüb.Səmimi mühitdə keçən görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov 2020-ci ildə əldə olunmuş Zəfərimizdən, son antiterror əməliyyatlarında əldə olunmuş uğurlu nəticələrdən, şəhid ailələri, qazilər və həssas təbəqədən olan vətəndaşlarla səmərəli işin təşkilindən, 5 mart 2021-ci il tarixdə keçirilmiş YAP-ın VII-ci Qurultayı və ondan sonra qarşıya qoyulmuş hədəflərdən, Azərbaycan Respublikasının Prezidenti, partiyanın sədri cənab İlham Əliyevin fəaliyyəti və çoxşaxəli inkişaf siyasətindən, eləcə də onun real nəticələrindən partiya üzvlərinə geniş məlumat vermiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Səmimi söhbət əsanasında çıxış edən ərazi partiya təşkilatının sədri Səbinə Qasımova, fəal partiya üzvləri Ruxsarə Əlizadə və Ofelya Arazova qeyd ediblər ki, qazanılan böyük uğurların əsasında isə Ümummilli liderimizin müəyyənləşdirdiyi ölkəmizin hərtərəfli inkişaf strategiyası, Prezident İlham Əliyevin çevik, Azərbaycanı davamlı tərəqqiyə aparan praqmatik siyasəti dayanır. Düşünülmüş, qarşılıqlı etimada əsaslanan müstəqil siyasət həyata keçirən, regionun siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır.
Görüş qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.