PDF Oxu

Siyasət

  • 1 567

Yasamalda şəhid məzarları ziyarət olunub FOTOLAR

Yasamalda şəhid məzarları ziyarət olunub FOTOLAR

İkinci Fəxri xiyabanda şəhid polkovnik Nəbiyev Elçin Fikrət oğlu və şəhid kapitan Bayramlı Cavid Əhliman oğlunun şəhadətlərinin ikinci il dönümündə əziz xatirələri yad olunub. Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinici müavini Hüseyn Əfəndiyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının əməkdaşları, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, önünlərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.Qeyd edək ki, şəhid Elçin Nəbiyev və şəhid Cavid Bayramlı 2021-ci il noyabr ayının 30-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər