Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. SPECA 1998-ci ildə yaradılmış BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqramıdır. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan bu təşkilata üzvlüyə malikdir. Əslində, SPECA üzv dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək və onların dünya iqtisadiyyatına inteqrasiyasını təşviq etməkdir. 2023-cü ildə bu quruma sədrliyi qəbul edən Azərbaycan gündəliyin təbliğində əsas iştirakçı kimi çıxış edir. Sammit Azərbaycana regional əməkdaşlıq və davamlı inkişaf haqqında öz baxışını bildirmək üçün platforma kimi xidmət edir. SPECA-nın yaradılmasının 25-ci ildönümünün Bakıda keçirilməsi və Azərbaycanın bu təşkilata sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Dövlət başçımızın dəvətilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər. Bu tərkibdə keçirilən Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağı hər kəsdə əminlik yaradır. Təşkilat yarandığı gündən indiyədək üzv ölkələr arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib. SPECA-ya üzv dövlətlərin Zirvə görüşünün keçirilməsinin də təşəbbüskarı Azərbaycan olmuşdur. Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin bu təşəbbüsü dəstəkləmələri ölkəmizə və onun başçısna olan inam və etimadın bariz nümunsidir. Prezident cənab İlham Əliyev vurğuladı ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin, qanlı toqquşmaların geniş vüsət almasına baxmayaraq, SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. SPECA-ya üzv dövlətlər əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar. Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. Məsələn, Ermənistan kimi ölkəyə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. SPECA-nın üzv ölkələrinin dövlət başçılarının və hökumətlərinin birinci görüşünün beynəlxalq tərəfdaşların iştirakı ilə Bakı şəhərində mükəmməl təşkilinə, həmçinin Azərbaycanda SPECA günləri çərçivəsində 2023-cü il noyabrın 20-24-də digər tədbirlərin təşkilinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürün öz əksini tapması Zirvə görüşünün yüksək səviyyədə keçməsindən xəbər verir.
Xaləddin Tağıyev
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədr müavini