PDF Oxu

Siyasət

  • 2 876

Əli Kərimlinin yaratdığı diktatura rejimi bumeranq effekti verir - ŞƏRH

Əli Kərimlinin yaratdığı diktatura rejimi bumeranq effekti verir - ŞƏRH

Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri

Şəxsi maraqlarını dövlətçiliyimizdən və xalqın mənafeyindən üstün tutan dağıdıcı müxalifət partiyalarından olan AXCP-də sədr Əli Kərimlinin qanunsuz hərəkətləri həmin siyasi partiyanın üzvləri tərəfindən də kəskin etirazla qarşılanıb. Əli Kərimlinin çirkin əməllərinə etiraz edən üzvlər çıxış yolunu təşkilatı tərk etməkdə görürlər ki, bu proses artıq bir neçə gündür ki start götürüb.

Qeyd edək ki, istefaların digər səbəbi məhz partiya rəhbərliyindəki avtoritar idarəçilik, Əli Kərimlinin AXCP -də diktator rejimi qurması və bu kimi digər amillərdir. Digər tərəfdən AXCP-ni tərk edən üzvlərin sosial şəbəkələrdə məhz Əli Kərimlinin “sifariş” ilə təhqir olunması məsələsi də həmin partiyanın üzvləri tərəfindən ifşa olunaraq tənqid olunur. AXCP-də baş verənlər bu partiyada demokratik prinsiplərə riayət edilmədiyini, insan hüquqlarının qorunmadığını açıq şəkildə ortaya qoyur. Daha dəqiq desək, son proseslər AXCP-də Əli Kərimli və yaxın ətrafının yaratdığı diktatura rejiminin hökm sürdüyündən xəbər verir.

Göründüyü kimi, baş verən qarşıdurma və istefalar Əli Kərimlinin əsl simasını bir daha cəmiyyətə nümayiş etdirir. Görünən odur ki, onun yaratdığı dözülməz mühit onun ətrafında qalan “üç-beş” üzvün də partiyadan getməsini şərtləndirir. Əslində, burada təəccüblü heç nə yoxdur. O mənada ki, öz daxilində razılığa gələ bilinməyib zorakılığa əl atılması, fərqli fikirlərə görə üzvlərin partiya sıralarından çıxması, qovulması, üstəlik, təhqirlərin adi hala çevrilməsi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin fəaliyyət tərzidir. Bütün bunlar isə bu partiyadan istefaların müntəzəm hal almasını şərtləndirib. Daha dəqiq desək, Əli Kərimlinin bu partiyada yaratdığı diktatura rejimi bumeranq effekti verir.

Bildirək ki, son istefalar və partiya sıralarının kütləvi surətdə tərk edilməsi ilə AXCP-nin reyestrindən keçmək üçünƏli Kərimlinin verdiyi siyahıdakı 5004 nəfər azalaraq 5 minin altına düşməsi ilə nəticələnir.

Qanunvericiliyə əsasən, o halda yaxın vaxtlarda Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-nin qeydiyyatı ləğv olunacaq. Çünki “Siyasi partiyalar haqqında qanuna” görə, partiyaların dövlət qeydiyyatına alınması üçün 5 min imza tələb olunur. AXCP-nin isə qeydiyyata alınması üçün lazım olan imzası yoxdur. Daha doğrusu, topladığı imzalar istefaların baş verməsi səbəbindən azalmada davam edir. Deməli, AXCP-nin qeydiyyatının ləğv edilməsi qaçılmazdır.

Son olaraq vurğulayaq ki, Əli Kərimli kimi şərəf və layəqətini pula satan kəslər 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə, lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizmin kökünün kəsilməsi və Xankəndi və digər ərazilərimizdə üç rəngli bayrağımızın ucaldılması kimi tarixi nəaliyyətlərimizi həzm etmək iqtidarında olmamalarını bir daha sübut ediblər. Əli Kərimli kimi ermənipərəst mövqedə duranın və xaricdəki uzantılarının hətta tarixi Zəfərlərimizə qarşı sosial şəbəkələrdə qaralama kampaniyaları aparmaq cəhdləri bir daha onların əsl simasını Azərbaycan cəmiyyətinə göstərmiş oldu.

Digər xəbərlər