Qərbin antitürk məqsədi fonunda proseslər dəyişir
Məlum olduğu kimi, ABŞ Azərbaycana dəstəyi kəsməsi üçün Türkiyəni təhdid və şantaj edib. Amerikalılar açıq-aşkar ermənipərəst mövqeləri ilə bir daha sübut ediblər ki, antitürk mövqeyi onların siyasi xəttidir. Mövzu ilə bağlı münasibətini açıqlayan politoloq Toğrul İsmayılın fikrincə, ABŞ bölgə siyasətini Ermənistan üzərindən qurmağa çalışır.
Toğrul İsmayıl: "Bölgənin ən zəif ölkəsi Ermənistandır, apardığı siyasət nəticəsində kənar güclərə çox bağlıdır"
"Xatırladım ki, ABŞ-ın bölgədəki ən böyük səfirliyi Ermənistandadır. Halbuki Ermənistan Rusiyanın müttəfiqidir. Hədəf Ermənistanı – bölgədəki ən zəif halqanı ələ keçirib Azərbaycan və Türkiyəyə təzyiq göstərməkdir", - deyə o bildirib.
Onun sözlərinə görə, Ağ evdə bu zəif halqanı tutaraq münaqişəni davam etdirmək, bölgədəki problemləri nəzarətə götürmək və bura müdaxilə etmək məqsədi güdürlər: "Bölgənin ən zəif ölkəsi Ermənistandır, apardığı siyasət nəticəsində kənar güclərə çox bağlıdır. Ermənistan siyasilərinin ipləri ya Qərbin, ya Rusiyanın, ya da İranın əlindədir, onlar da bunun üzərindən manipulyasiya edirlər".
“Nikolun baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə imkan verilə bilməz. Belə bir şey Ermənistana ağır zərbə olacaq”.
Artaq Zakaryan: "Belə bir şey Ermənistana ağır zərbə olacaq"
Bu arada onu da qeyd edək ki, Ermənistan anti-Rusiya siyasəti ilə vəziyyəti daha da gərginləşdirir. Belə ki, Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkə mediasına verdiyi açıqlamasında Nikol Paşinyanı 2018-ci ildən bəri üç dəfə baş nazir seçildiyi erkən seçki keçirib və hər dəfə Ermənistan Azərbaycana məğlub olub: “Siyasi kulislərdə yenidən 2024-cü ildə erkən seçkilərin keçirilməsi mövzusu dolaşmağa başlayıb, bu da planlaşdırılan təhlükəli ssenaridən xəbər verir”.
Onun sözlərinə görə, hər növbədənkənar seçkilərdən sonra Ermənistan Azərbaycan qarşısında ciddi itkilərə məruz qalır:“Nikolun ətrafı ictimai biganəlik, inzibati resurslardan istifadə və Qərbin gözü qarşısında yeni erkən seçkilərə getmək barədə düşünür. Məqsəd yeni müharibə nəticəsində ağrılı qərarlar qəbul etmək üçün legitimlik qazanmaq və parlament müxalifətini mütləq qərbpərəst və məğlubiyyətçi qüvvələrlə əvəzləməkdir".
"Hər üç ildən bir erkən seçki olacaq, nəticədə yeni uğursuzluqlar, itkilər və müharibələr olacaq. Nikolun baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə icazə verilə bilməz. Belə bir şey Ermənistana ağır zərbə olacaq", - deyə sabiq rəsmi bildirib.
Afət Tahirqızı