Bakıxanov qəsəbəsi, Yavər Əliyev küç 55A ünvanında partiya fəalları ilə görüş keçirilib.Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, 31 il əvvəl Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, xalqımızın ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyasının 31 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib.
Ərazi partiya təşkilatının sədri Əziz Mahmudov qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılması, 19-20 sentyabr tarixində uğurlu lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi və 15 oktyabr tarixində Xankəndi və digər ərazilərimizdə üç rəngli bayrağımızın ucaldılması ilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, konstitusyon hüquqlarımızın və tarixi ədalətin tam bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb.
Çıxış edən partiya fəalı Samir Əhmədov qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi xətt xalqın partiyaya sevgisini günbəgün artırıb və bu proses hələdə dinamik şəkildə davam etməkdədir.
Görüşdə qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.