“Ermənistan rəhbərliyinin ritorikasını hələ də anlaya bilmirik. Yəni açıq-aşkar olan faktları göz görə-görə saxtalaşdırmağa çox meyillidirlər”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, əslində bu, dövlət rəhbərləri olaraq onların qeyri-ciddiliyinin göstəricisidir: “Yəni Mirzoyan, elə Paşinyanın özü bəzən elə çıxışlar edir və elə ifadələr işlədirlər ki, düşünürəm ki, bu insan siyasət bir yana, ümumiyyətlə, ədalət hissini itirməlidir ki, bu cür ittihamlarla, yalanlarla ictimai rəyi çaşdırmağa çalışsın. Bizim ermənilərə münasibətimizi bütün dünya görür. Etnik təmizləmə belə şeylər bizə yaddır və belə şeylər etməmişik. Üstəlik də bütün dünyanın gözü qarşısında Qarabağdakı ermənilər Azərbaycan torpaqlarını tərk edib getdilər və Azərbaycan rəsmiləri onlara bütün dünyanın gözü qarşısında qalıb yaşamağı təklif etdilər. Eyni zamanda, getmək istəyənlərə yardım etdilər. Burda hansısa etnik təmizləmədən söhbət gedə bilər? Və yaxud hansı təcavüzdən söhbət gedə bilər? Biz hara təcavüz etmişik? Qarabağ Azərbaycan torpağıdır və öz torpağımızda antiterror tədbirləri keçirmişik. Biz kimsənin torpağına təcavüz etməmişik. Bir dövlət öz torpağına necə təcavüz edə bilər? Amma bunlar utanmadan Azərbaycanı Qarabağa təcavüzdə və hətta Qarabağı işğalda ittiham edilər. Adama sual verərlər ki, bir dövlət öz torpağını necə işğal edə bilər? Görüründüyü kimi erməni baş bilənləri həqiqətəndə xəstədilər və müalicə olunmalıdırlar. Onların necə müalicə olunması isə öz işləridir”.
Müəllif: Gülyana