PDF Oxu

Siyasət

  • 2 825

Fiziki qüsurlu vətəndaşların ailələri ziyarət olunub FOTOLAR

Fiziki qüsurlu vətəndaşların ailələri ziyarət olunub FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar rayon ərazisində yaşayan bir sıra fiziki qüsurlu vətəndaşların ailələri ziyarət olunub. Ziyarətlərdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, hər il 3 dekabr tarixi bütün dünyada, eləcə də ölkəmizdə Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunur. Bəxtiyar Nəbiyev Azərbaycanda ölkə rəhbərliyi tərəfindən fiziki qüsürlu şəxslərə dövlət qayğısının göstərilməsindən bəhs edərək, bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin olunması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi həssas təbəqədən olan əhali qrupları, xüsusilə də sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri hər zaman diqqət mərkəzində saxlanılır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan şəxslərə və onların ailələrinə diqqət və qayğının artırılması, problemlərinin həllinə cəmiyyətin diqqətinin cəlb olunması istiqamətində mütəmadi olaraq müvafiq işlər aparılır. Fiziki qüsurlu vətənfdaşların öz potensiallarını nümayiş etdirmələri üçün başda Prezident cənab İlham Əliyev olmaqla dövlətimiz tərəfindən hər cür şəraitin yaradıldığı diqqətə çatdırılıb. Vurğulanıb ki, bu gün YAP Yasamal rayon təşkilatı da fiziki qüsurlu vətəndaşların ailələrini ziyarət etməsində məqsəd məhz onların qayğıları, problemləri ilə maraqlanmaqdan ibarət olub. Fiziki qüsurlu vətəndaşlar onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Bu görüşdən məmnun olduqlarını və ziyarətin onlarda əsl stimul yaratdığını qeyd ediblər.

Digər xəbərlər