Siyasət

  • 1 482

Tariximizin şanlı səhifəsi ŞƏRH

image

Bu il biz Zəfərimizin üçüncü il dönümünü qeyd etdik. İllərin həsrətdən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Hər zaman demişik və deyəcəyik - Zəfəri bizə yaşadan Ali Baş Komandan, cənab prezidentimiz İlham Əliyev və onun rəhbərliyi altında döyüşlərdə qəhramanlıq göstərən Milli Ordumuz, canı-qanı bahasına ərazi bütövlüyü bərqərar edən şəhislərimiz, sağlamlıqları bahasına qazilərimiz- SİZ BİZİM ÜRƏYİMİZDƏSİNİZ.

Azərbaycan Zəfər qazanandan sonra ilk dəfə olaraq Zəfər paradını 10 dekabr 2020-ci ildə keçirdi. Əlbəttə, hər zaman olduğu kimi, onda da Türkiyə qardaş dövlət yanımızda oldu və bizim sevincimizi bizimlə birgə böldü.

Prezident cənab İlham Əliyev: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Azərbaycan ordusu bir dəfə olasa da döyüş mövqeylərini tərk eləmədilər, geri çəkinmədilər. O şanlı günləri gözümüzün önündə canlandıranda bir daha əmin oluruq ki, qalib sərkərdərin rəhbərlik etdiyi cəsur döyüşcülərimizdən bir nəfər olsun belə müharibənin dəhşətli, qanlı fəsadlarından çəkinməyim daima irəli gedib və on mindən çox fərarisi olan Ermənistan üzərindəki tarixi Zəfərimizi başlıca səbəbi məhz budur.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.”

Qardaş ölkə Türkiyənin bizim sevincimizə qoşulmasından böyük bir hədiyyə ola bilməz idi bizim üçün. İki qardaş ölkənin prezidentləri ordumuzun yürüşünü qürurla izyirdilər. Bəli, Azərbaycanın tarixində bu böyük hadisədir. Qürur doğuran hadisədir. Parad hərbi gücünü nümayişi oldu. Bütün dünyaya nümayiş oldu.

Bu il sentyabrin 19-da keçirildiyi bir günlük antiterror əməliyyatı keçirildi. Nəticədə separatçı Dağlıq Qarabağ Respublikası təslim olaraq özünün ləğv edildiyini bəyan etdi. Azərbaycanlı hərbçilər Xankəndiyə daxil olaraq şəhərə Azərbaycan bayrağını sancdəlar. Antiterror əməliyyatından sonra Qarabağı 100 mindən çox erməni tərk etdi.

Prezident İlham Əliyev antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin bərpa edildiyini bildirib. Tarixə daha bir tarix yazıldı.

Zəfərin qazanmasında azərbaycan xalqın, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, dəmir yumruq kimi birləşdi. Bütün dünya, həmçinin işğalçı Ermənistan və onun tərəfdaşları Dəmir Yumruğun gücünü, qüdrətini gördü.

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Şəhla Xəlilova

YAP Yasamal rayon Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər