Siyasət

  • 2 578

Vladislav Gerdin: “Ermənistanın təhlükəsizliyini ancaq Azərbaycanla sülh müqaviləsi təmin edə bilər” - MÜSAHİBƏ

image

Ermənistan tərəfdən Azərbaycana qarşı Bakının guya “sülh prosesini ləngitməsi və sülhməramlı səyləri imitasiya etməsi” ilə bağlı absurd ittihamlar səsləndirilməkdə davam edir. Bizim üçün bu sirk tanışdır və kinayəli təbəssümdən başqa heç nəyə səbəb olmur.

Erməni isteblişmentinin bir sıra nümayəndələrinin son zamanlar səsləndirdiyi bəyanatlardan bəzi nümunələr verək. Belə ki, dekabrın 4-də Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Səfəryan respublika parlamentində jurnalistlərlə söhbətində bildirib ki, “Azərbaycan sülh müqaviləsinin altıncı variantı ilə bağlı Ermənistanın təkliflərinə hələ də cavab verməyib. Cavab alan kimi sizə məlumat verəcəyik”.

Halbuki, İrəvan Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsipə əsaslanan sülh müqaviləsi layihəsinin Ermənistan tərəfindən bir ilə yaxın gecikdirib və sənədin başqa erməni variantı ilə cavab verməyi lazım bilib.

“Azərbaycanla qondarma “sülh müqaviləsi”nin vaxtından əvvəl imzalanması ehtimalı son dərəcə aşağıdır, Bakı hər şeyi əldə etmək istəyir”,- bu müxalifət blokunun parlament fraksiyasının rəhbərinin bu günlərdə yaydığı növbəti ittihamdır. Hayk Mamicanyan “Beynəlxalq vasitəçilərin iştirakı olmadan Bakı ilə əlaqə saxlamamağa” çağırıb.

“Əslində Azərbaycan Ermənistandan ikinci dəfə, lakin artıq ikiqat təslim olmasını istəyir. Bakı istər “Arsax xalqı”nın geri qayıtması halında onların hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi baxımından, istərsə də ümumilikdə sülh müqaviləsinin müddəalarının həyata keçirilməsi baxımından istənilən beynəlxalq təminatları istisna etmək istəyir. Başqa sözlə, Azərbaycan müstəqil, öz aralarında və beynəlxalq təminat mexanizmləri olmadan razılığa gəlməyi təklif edir”, - deyə deputat “Beşinci kanal”da bildirib.

Bütün dünyanı aldatmaq, sülh müqaviləsinin imzalanmasını mümkün qədər uzatmaq və ABŞ və Fransaya istədikləri hər şeyi, o cümlədən Rusiya ilə münasibətlərini pozmaq vədi verməklə Ermənistan riskləri tamamilə hiss etmir. Və bu ssenaridə Qərbə doğru hərəkət edən və Rusiyadan aktiv şəkildə qaçan erməni siyasi qatarının demək olar ki, hər an relsdən çıxıb aşması ehtimalı böyükdür.

Rusiyalı politoloq Vladislav Gerdinin fikrincə, Ermənistan uçurumun kənarında gedir və suveren statusunu itirə biləcəyini düşünmür. O, “Caliber” analitik mərkəzinə şərhində məsələ ilə bağlı fikirlərini səsləndirib. Ekspertin fikirlərini oxuuclarımıza təqdim edirik.

“Erməni “krallıq-dövləti”ndə, eləcə də onun liderlərinin– baş nazir Paşinyan və komandasının xüsusiyyətləri ilə bağlı nəyin səhv olduğunu söyləmək çətindir, lakin Paşinyan administrasiyasında bu məsələni təxirə salmaq adəti olduğu aydındır. Məhz bu “sonra üçün” prinsipi ona gətirib çıxarıb ki, Ermənistan hələ də təcrid vəziyyətindən çıxmayıb, sülh müqaviləsi imzalamayıb, siyasi təhlükəsizlik strategiyasını müəyyənləşdirməyib, özü üçün ən pis və təhlükəli olanı-ı qərbə sadiq olmaq hisslərinin tam tanınmasından ibarət olan variant seçib. Bunun müqabilində Ermənistan çox qeyri-müəyyən vədlər aldı, çünki Qərb əslində ona heç nə vəd edə bilməz. Amma görünür, amerikalı məmurların dostluq vədləri və mehriban təbəssümləri ermənilərin başını dumanlandırıb. Onlar həqiqətən də Qərb ölkələrinin bütün problemlərini onların yerinə həll edəcəyinə inanırdılar, lakin bu faktı nəzərə almadılar: bununla onlar dünyanın geosiyasi xəritəsində uzunmüddətli mövcudluq bünövrəsini qırırlar. Məsələ ondadır ki, ermənilər Cənubi Qafqaz regionunda təhlükəsizlik strukturunun aşkar aksiomlarını anlamırlar. Məsələ burasındadır: Azərbaycan güclü siyasət, qüdrətli ordu və əsas regional aktorlar – Rusiya, Türkiyə, İsrail və Böyük Britaniya kimi dövlətlərlə strateji əməkdaşlıq vasitəsilə regionda öz status-kvonunu bərqərar edib. Təsadüfi deyil ki, Bakının portfelində iki mühüm sənəd var- Rusiya ilə Moskva Bəyannaməsi və Türkiyə ilə Şuşa Bəyannaməsi.

Gürcüstanın Aİ ilə öz dialoqu və Rusiya Federasiyası ilə öz münasibətləri var, bütün keçmiş mənfiliklərə baxmayaraq, hazırda İrəvan və Moskva arasındakı münasibətlərdən qat-qat yaxşı mərhələdədir.

Amma Ermənistan hazırda necə deyərlər, “tam çılpaqdır”. İrəvanın nə regionun əsas aktorları ilə, nə də regiondankənar oyunçularla dəqiq strateji əlaqələri yoxdur. Xarici qüvvələrin maraqlarının birbaşa Ermənistan ərazisində olan iri regional dövlətlərin maraqları ilə toqquşduğu bir şəraitdə isə bu ölkənin suverenliyi birbaşa təhdid altındadır”,- rusiyalı politoloq vurğulayıb.

Onun fikrincə, yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistanı regionda təhlükəsizliyi təmin edə bilər. Əks halda onu fəlakət gözləyir.

“Bakı ilə sülh müqaviləsi imzalamaqla İrəvan avtomatik olaraq onun ərazi bütövlüyünün Azərbaycan və Türkiyə tərəfindən tanınmasını təmin edəcək. Ona görə də erməni siyasətçilərinin Bakının İrəvanı hansısa formada təhdid edə biləcəyi ilə bağlı bütün bəyanatları tam cəfəngiyyatdır. Sülh müqaviləsinin imzalanması faktının özü ermənilərin bütün narahatlıq və qorxularını aradan qaldırar. Amma Ermənistanın çox güvəndiyi regionun digər əsas aktoru olan İran, xüsusən də İrəvanın Tehranın ən qatı düşmənləri- Aİ və ABŞ-la yaxınlıq etməsi fonunda ermənilər üçün tamamilə gözlənilməz ola bilər. Özünü qorumaq və Ermənistanın regionda real himayədarsız qaldığını yaxşı bilən İran Ermənistanla ciddi eskalasiyaya başlamağa, cənubda bir sıra əraziləri təhlükəsizlik üçün bufer zona kimi “ələ keçirməyə” kifayət qədər qadirdir. Ermənilər bundan narahat olmalıdırlar və Qərb dövlətlərini onlara qoşulmağa dəvət etməməli və Azərbaycanla danışıqlarda beynəlxalq vasitəçi kimi istifadə etməməlidirlər”,- deyə V.Gerdin yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər