PDF Oxu

Siyasət

  • 1 384

Vəkillik üçün tələb edilən hüquqşünas ixtisası üzrə iş stajının müddəti endirilir

image

Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilir. SİA xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.Təklif olunan dəyişikliklərdə vəkillər işdə iştirak edən şəxs olduqda (mülki prosesdə) kassasiya instansiyasında özlərini təmsil etməsi və cinayət prosesində Cinayət-Prosessual Məcəlləsinin 92.3.6-cı, 92.3.7-ci, 92.3.9 - 92.3.11-ci maddələrində nəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina etmək və özü-özünü təmsil etmək hüququnun müəyyən edilməsi nəzərdə tutulur. Habelə vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dair müddəalar dəqiqləşdirilir. Bununla yanaşı, sənəddə Vəkillər Kollegiyasının orqanlarının dairəsinə vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası əlavə edilməklə onların hüquq və vəzifələri müəyyən edilir. Həmçinin qeyd olunur ki, Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.Layihədə, eyni zamanda, vəkilliyə qəbul oluna biləcək şəxslərə aid tələblər və bəzi kateqoriya şəxslər üçün ümumi qaydadan fərqli prosedur müəyyən edilir. Belə ki, vəkillik üçün tələb edilən hüquqşünas ixtisası üzrə iş stajının müddəti üç ildən bir ilə endirilir. Habelə dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış şəxsin yenidən vəkil kimi fəaliyyət göstərməsinin hüquqi əsasları təsbit olunur.Dəyişikliklərə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür, vəkillər barəsində tətbiq edilən intizam tənbehləri dəqiqləşdirilir, vəkilin fəaliyyətinə xitam verilməsi qaydası (bundan sonra yalnız Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə) təkmilləşdirilərək, həmin qərardan və həm də intizam tənbehlərindən məhkəməyə şikayət vermək hüququ müəyyən edilir. Vəkillər Kollegiyası üzvlərinin “ümumi yığıncağı” (konfransı), Vəkil sorğusu, Vəkilin xidməti vəsiqəsi və s. maddələr təkmilləşdirilərək yeni redaksiyada təklif edilir.

Digər xəbərlər