PDF Oxu

Siyasət

  • 1 931

Komitə sədri dünyada baş verən kataklizmlərin insanlara təsirindən danışıb

Komitə sədri dünyada baş verən kataklizmlərin insanlara təsirindən danışıb

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dünyada baş verən kataklizmlərin insanlara təsirindən danışıb. SİA xəbər verir ki, o, dekabrın 6-da Bakıda keçirilən Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib ki, hazırda dünyanın müxtəlif bölgələlərində iqlim dəyişmələri, təbii fəlakətlərlə yanaşı, hərbi-siyasi münaqişələr və müdaxilələr səbəbindən insanlar əziyyət çəkir, hüquqları pozulur, yaşamaq, daimi iş, dayanıqlı gəlir əldə etmək imkanlarından məhrum olur, müxtəlif zorakı münasibətlərə məzur qalır."Bu məsələlər, eləcə də Minilliyin İnkişaf Gündəliyinə daxil olan istiqamətlər və hədəflər bizim hamımızı, beynəlxalq təşkilatları, dövlət rəsmilərini öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə, insanları və cəmiyyətin əsası saydığımız ailələri hər cür zərərli təsirlərdən və təhlükələrdən qorumağa yönəlmiş səylərini birləşdirməyə vadar edir. Bu baxımdan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi illərdə üzləşdiyi çətinliklərə, Ermənistanın işğalı zamanı məruz qaldığı sarsıntılara, iqtisadi, insanı və ərazi itkilərinə rəğmən, öz vətəndaşları qarşısında öhdəliklərinə sadiqliyi unikal bir örnək olmaqla yanaşı, bizim üçün həm də qürur doğuran bir tarixdir. Münaqişə və müharibə dövründə, iqtisadi-sosial problemlərdən təsirlənmiş ailələrin psixo-sosial durumunu kəskinləşdirən səbəblərin aradan qaldırılması, onların rifahına, hüquqlarının təmin edilməsinə xidmət edən mühüm qərarlar, qanunlar, dövlət proqramları, qəbul edilmiş, uğurla həyata keçirilmiş, həmçinin yeni təsisatlar yaradılıb”, - Dövlət Komitəsinin sədri bildirib.

Digər xəbərlər