“Azərbaycanda bir çox ölkələrdən fərqli olaraq demək olar ki, 100 faiz insan təhsillidir. Bu bizim ən böyük qazancımızdır və Ulu Öndərin dönəmindən belədir”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədri, millət vəkili Hicran Hüseynova deyib.Hicran Hüseynova sözlərinə belə davam edib: “Amma bu gün Azərbaycanda qadınları məcburi formada selektiv abortlara məcbur edirlər. Bu nə mentalitetə, nə İslama, nə də cəmiyyətə yaraşmayan bir haldır. Qız uşaqlarının nə günahı var?!Biz bu barədə insanlarla maarifləndirmə aparmalıyıq. Qanunumuzda yazılıb ki, bu qadağandır. Bu hallar baş verirsə, deməli, kimsə yol verib. Qarşısının alınması üçün cəzalandırma işləri aparılmalıdır.Cənab Prezidentimiz dəfələrlə bildirib ki, harada boşluq varsa, deməli orada ictimai qınaq yoxdur. Zorakılığa göz yuman da günahkardır. Bunlar gözümüzün önündə olan hadisələrdir və biz göz yumuruq. Problem də buradan yaranır. Deyirik ki, ailədir, şəxsi problemidir. Hər bir insan düşünməlidir ki, belə etsəm məni bu cəmiyyətdə qəbul etməyəcəklər”.
Ayşən Vəli