PDF Oxu

Siyasət

  • 2 380

“Azərbaycan Respublikası kənd təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin rolu” FOTOLAR

“Azərbaycan Respublikası kənd təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin rolu” FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “Ü.Hacıbəyov küç.80” (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatında “Heydər Əliyev İli” ilə əlaqədar “Azərbaycan Respublikası kənd təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin rolu” adlı tədbir keçirilib. Tədbirdə YAP Veteranlar Şurasının sədri Arif Rəhmizadə, Kənd Təsərrüfatı nazirinin müavini, “Ü.Hacıbəyov küç.80” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sarvan Cəfərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov, Milli Məclisinin deputatları - Tahir Rzayev, İqbal Məmmədov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi üzrə partiyanın üzvləri iştirak edib.Tədbirin rəsmi hissəsindən öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən video çarx təqdim olunub.Kənd Təsərrüfatı nazirinin müavini, “Ü.Hacıbəyov küç.80” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sarvan Cəfərov bildirib ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan Sarvan Cəfərov deyib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilərək tarixi Qələbələr əldə olunub.

YAP Veteranlar şurasının sədri Arif Rəhimzadə çıxış edərək tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyib. Qeyd olunub ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu gün ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib. Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. O, ulu öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara imza atdığını vurğulayıb. Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, azərbaycançılıq ideyasının banisidir. Dahi rəhbərin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edir. Ümummilli Liderimizin ideya və prinsiplərinə sadiq qalan Prezident cənab İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmlənib. Bu həmrəylik və birlik Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərdə öz əksini tapmışdır.YAP Veteranlar şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov vurğulayıb ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ulu öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir. Azərbaycana bu gün beynəlxalq baxış ən yüksək səviyyədədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edən Azərbaycan dünyaya çatdırdı ki, beynəlxalq hüquq əsasdır. Dövlətlərarası münasibətlərdə etimad mühitinin yaradılmasında bu faktorun rolu böyükdür.

Yekun nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində əsası qoyulan siyasi kurs bugünkü dinamik sosial-iqtisadi yüksəlişin, inkişafın təməl daşını təşkil edir. Bu siyasi kursa sadiqlik və onun inkişaf etdirilməsi nəticəsində Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlərə imza atdı.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Digər xəbərlər