Siyasət

  • 1 636

Ən doğru addım - RAKURS

image

Suverenliyini tam bərpa etmiş Azərbaycan prezident seçkilərinə gedir

2003-cü ildən bəri Azərbaycandan 4 prezident seçkiləri keçirilib. Hər seçki Azərbaycan xalqı üçün imtahan və sınaq olub da deyə bilərik. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dönəmlərdə xarici qüvvələr daxildəki radikal və pozucu, əsasən də xaricdən göndərilən maliyyə hesabına özlərini elektorat sahibi kimi təqdim edənlərlə birləşib ölkəmizdə xaos yaratmaq niyyətini gizlətmirdilər. Həmin qüvvələr bu gün də fürsət gözləyirlər, marıqda yatıblar. İmkan düşən kimi hərəkətə keçəcəkləri bəllidir. Onlar müəyyən partiyalarda, qeyri-hökumət təşkilatlarında və digər strukturlarda təşkilatlanıblar. Vətən, millət anlayışı əldə edəcəkləri paranın, milyonların qarşısında arxa plana keçib.

Azərbaycan həmin qüvvələrə ağalıq edənlərin məqsədlərini qursaqlarında qoyaraq öz torpaqlarında suverenliyini bərpa etdi. Həmin mərkəzlərin bizə qarşı mübarizələrində qırmızı bir xətt keçir. Qarabağ münaqişəsini Azərbaycanın maraqlarına uyğun həll etməməklə, ya da buna mane olmaqla müxalifərin əlinə oynamış olurdular. Müxalifətin ən böyük və əllərində bayraq etdikləri bayağı, sifarişli bir tezis var idi ki, bud a Qarabağın azad edilməməsi idi. Bəzi müxalif qüvvələrlə Ermənistan hakimiyyəti və onların xaricdəki havadarları arasında bir bağlılıq, işbirliyi var idi, onlar sinxron hərəkət edirdilər. Bu gün isə Azərbaycan həmin şər yuvasının bütün planlarını pozub, ərazi bütövlüyünü təmin edib, qalib ölkədir, güclüdür, həm daxildən, həm xaricdən gələn təhlükələrə cavab vermək iqtidarındadır.

Nəhayət, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən Azərbaycanda ilk dəfə president seçkiləri keçiriləcək. Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzaladı. Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin edəcək. Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra xalqımızın qarşısında duran ən mühüm problem – ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi.

Prezident seçildikdən cəmi iki il sonra Azərbaycan tarixi qələbə qazanaraq torpaqlarını işğaldan azad etdi, daha sonra isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesi tamamlandı. İlk dəfədir ki, müstəqil Azərbaycanda seçkilər bütün ölkə ərazisində keçiriləcək. Əlbəttə, bu gözlənilən idi.

2024-cü ildə dünyanın 70-dən çox ölkəsində seçkilər keçiriləcək və 4,5 milyard insanın sandıq başında öz namizədinə səs verəcək. Son zamanlar region ölkələrinin bir çoxunda növbədənkənar prezident seçkiləri keçirilib. 12 mart 2022-ci ildə Türkmənistanda, 2022-ci ilin payızında Qazaxıstanda, 2023-cü il iyulunda isə Özbəkistanda növbədənkənar prezident seçkiləri təşkil edilib. Bu mənada rəsmi Bakının da analoji addımı atması təbiidir.

2024-cü ilin dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min 344 manat ayrılıb. Bu fakt da növbədənkənar seçkilərin olacağına işarə idi. Həm də, 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatıb. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası prosesini tamamlandı. Dünya təcrübəsində belə üstünlüyün seçki prosesində istifadə edilməsi təbiidir.

Gələn il dünyanın aparıcı dövlətləri də president seçkilərinə gedəcək. 2024-cü il martın 17-də Rusiyada, 2024-cü il noyabrın 5-də isə ABŞ-da səsvermənin baş tutacağına hazırlıq gedir. Hər iki seçkilər dünyanın diqqət mərkəzindədir. Buna görə, Cənubi Qafqaz regionuna diqqət azalacaq. Rəsmi Bakının ABŞ və Rusiyadan əvvəl seçkilərə getməsi qloblal proseslərə hazırlığı baxımdan önəm daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qarabağda münaqişə başa çatıb. İlham Əliyev Qalib Ordunun Müzəffər Ali Baş Komandanıdır, xalqın maraqlarını təmin edən, ölkəmizi gələcəyə uğurla və növbəti qələbələrlə apara bilən, buna qadir dövlət başçısıdır. Hər bir vətəndaşın qayğısına qalır, problemlərini yaxından hiss edir. Bütün bunlar əlbəttə, bəzi dairələri narahat edir. Azərbaycanın daxili siyasi müstəvisinə təsir etmək istəyən qüvvələrin aktivləşəcəyi gözlənilir. Proses başladığını da deyə bilərik. Pozucu ünsürlərin bütün planlarını önləmək üçün çevik və ağıllı addımların atılması təhlükəsizliyimizin qorunması nöqteyi-nəzərindən önəmlidir. Bu mənada atılan addım yerində və doğrudur.

V.VƏLİYEV

Digər xəbərlər