PDF Oxu

Siyasət

  • 852

Əbədi yaşamaq xoşbəxtliyi... - FOTO

image

2026-cı il Sentyabrın 27-də Anım günü ilə əlaqədar YAP Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov başda olmaqla bir qrup ziyalı Lənkəran rayonu Yuxarı Nüvədi kəndində şəhid baş leytenant Vüsal Kazımovun ailəsinə baş çəkiblər. Məlumat üçün bildirək ki, ömrünün 30-cu ilində Vətən müharibəsinin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən Vüsal Kazımovun hər iki valideyni gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Atası filologiya elmləri doktoru, YAP Astara rayon təşkilatının İdarə Heyətinin üzvü Kamran müəllim Lənkəran Dövlət Universitetinin professoru, Astara Pedaqoji Kollecin direktorudur. Daxilən zəngin, nəcib, xeyirxah insan olan, ziyalı adının məsuliyyətini çiyinlərində şərəflə daşıyan Kamran müəllim həmişə çalışır ki, tələbələri yüksək bilik almaqla bərabər, həm də Vətənini, torpağını sevməyi bacarsınlar. Bu kamil, yetkin şəxsiyyət Cənub bölgəsində yaxşı hörmət sahibidir. Fəqət, belə bir millətin mənəvi-əxlaqi dəyərlərini özündə yaşadan ailədə böyüyən, saf insanlardan tərbiyə alan Vüsal yetkinlik yaşına çatanda bütün varlığı ilə Vətəninə, xalqına bağlanır. Təəssüf ki, Şuşada müharibə meydanında döyüş zamanı düşmən gülləsi ondan yan keçmir. Vətən sevgisi öz igid oğluna elə Vətənin zəfər salmasında əbədi yaşamaq xoşbəxtliyini bəxş edir.
Vüsalın halal ailə ocağında Nuray, Aynur adında iki qız uşağı böyüyür. Onlar ata məhəbbəti görməsələr də, qaldı ki, onun adı çəkiləndə həmişə fəxr edəcəklər. Və atanın Vətənə olan müqəddəs sevgisi qızların şərəfli bir ömür yaşamasına işıq olacaqdır. Həm də qızlar atanın dövlət tərəfindən layiq görüldüyü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin, Xocavəndin azadlığı uğrunda medallarına baxanda qəlb dünyalarinda bir igidlik dastanı başlanar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər