PDF Oxu

Siyasət

  • 2 673

Dünya 2 cəbhəyə bölünür- Ermənistan geçmişə, Azərbaycan gələcəyə gedir – MÜSAHİBƏ

Dünya 2 cəbhəyə bölünür- Ermənistan geçmişə, Azərbaycan gələcəyə gedir – MÜSAHİBƏ

“Ermənistana və Moldovaya bir az pul “qoya” bilərsən və onlar nə lazımdırsa edəcəklər. Bu hiylə Azərbaycanla işləməyəcək”

Tanınmış rusiyalı politoloq Aleksandr Razuvayev "Moskva-Baku" portalına müsahibəsində Bakının Vaşinqtonu Cənubi Qafqazda öz yerinə necə qoyması barədə.

- Aleksandr Yuryeviç, Azərbaycan prezidenti bir neçə gün əvvəl ekspertlərlə görüşdə ABŞ haqqında kifayət qədər sərt danışdı. Xüsusilə, o, mahiyyətcə Vaşinqtonun özünün Bakı ilə münasibətləri korlamağa cəhd etdiyini açıq şəkildə ifadə etdi və etiraf etdi ki, bu baxımdan Ermənistanla sülh danışıqları platformaları arasında yalnız Moskva və Aİ qala bilər. Bundan əlavə, prezident ABŞ-ı Azərbaycanın İranla münasibətlərinə qarışmamağa çağırıb...

- Təbii ki, bu vəziyyətdə ABŞ-da erməni lobbiçiliyinə laqeyd yanaşmaq olmaz, amma amerikalılar tamamilə istənilən ölkə ilə özlərini onların vassalı kimi aparmağa çalışırlar. Əgər bu yanaşma nəticə verməzsə, biz indi Bakı və Vaşinqtonun timsalında gördüyümüz kimi, hansısa xarici siyasət toqquşmalarını görürük. Və daha bir məqam var. Amerika Qərbin bir hissəsidir. Qərbdə isə həm müsəlman, həm də türk dünyasına qarşı həmişə soyuqqanlı, mənfi münasibətdə olub. Buna görə də, bütün mövcud tendensiyalar təəccüblü deyil. Dünyada həqiqətən suveren ölkələr çox deyil. Azərbaycan da bu ölkələrdən biridir.

Gördüyümüz kimi, bu günə qədər Azərbaycan ABŞ-ı bu qədər açıq şəkildə tənqid etməyib.

Amerika Transqafqaz “tarixi”nə ciddi şəkildə qarışmağa cəhd etməkdə davam edir. Bəs görəsən Amerika hara, Qafqaz regionu hara? Azərbaycan Qarabağı tamamilə öz nəzarətinə qaytardıqdan sonra Bakı özünü daha inamlı hiss edir. Bundan əlavə, enerji qiymətləri rahatdır.

Və daha bir şey: Azərbaycan Ermənistandan fərqlidir. Əgər Ermənistandan siyasi məqsədlər üçün istifadə oluna bilinirsə və hətta özü ABŞ tərəfindən istifadə olunmaq istəyirsə, Azərbaycandan bu cür istifadə etmək mümkün olmayacaq.

Azərbaycan Ermənistandan fərqli olaraq suveren ölkədir. Azərbaycan öz pulu ilə yaşayır və inkişaf edir. Məsələn, Ermənistana və Moldovaya bir az pul “qoya” bilərsən və onlar nə lazımdırsa edəcəklər. Bu hiylə Azərbaycanla işləməyəcək. Əgər iqtisadiyyat yaxşı vəziyyətdədirsə, ölkə suverendirsə, təzyiq göstərmək çox çətindir. Ermənistana onu yedizdirəcək, onun uğrunda mübarizə aparacaq “ağa” lazımdır.

- İlham Əliyevin ABŞ-a ünvanladığı tənqidi bəyanatlar fonunda əvvəllər Azərbaycana qarşı sərt danışan və guya vəziyyəti düzəltmək üçün dövlət katibinin köməkçisi O`Brayen Bakıya gəldi... Blinkenin köməkçisi danışıqlarda konstruktiv nəticələri qeyd etdi. Münasibətlər hamarlanıbmı?

- Xeyr, düzəlməyib. O'Brien-in Bakıya səfəri “ağ sapla tikilib”, hər şey göz qabağındadır. ABŞ oyun oynayır. ABŞ dövlət katibinin Əliyevi O`Brayenin Azərbaycana qarşı sərt anti-Azərbaycan bəyanatları ilə bağlı yaranmış qalmaqalı həll etməyə necə çağırdığını gördük. Amma bir faktı da nəzərdən qaçıra bilmərik ki, Blinken Əliyevə zənglə paralel olaraq, Vaşinqtonun Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşdığına bir daha əmin olduğunu dediyi baş nazir Paşinyana da zəng edib. Nə üçün?! Bakıdan səmimi şəkildə üzr istəmək istəyirsənsə, niyə bu “paralel” İrəvana çağırışlar olur... Bu, aşkar qeyri-səmimilikdən daha çox şey deməkdir. Qaz, neft... ABŞ üçün hegemonluq daha vacibdir. “Tərəfdaşlarla” qalan hər şey manipulyasiyadır...

Üstəlik, Blinkenin Əliyevə “üzrxahlıq” çağırışı ilə paralel olaraq, O’Brayen də eyni zamanda yenidən Azərbaycan əleyhinə bəyanatlar verib. Tərəfdaş ölkəni bərabər hüquqlu hesab edirsə bunu edərdimi? Qətiyyən yox.

ABŞ-ın Bakıya təzyiqləri davam edəcək, gələn ilin fevralında Azərbaycanda prezident seçkiləri keçiriləcək. İstisna etmirəm ki, ABŞ ölkədəki vəziyyəti sarsıtmaq üçün bu məsələdə fəallaşmağa çalışacaq. Amma uğur qazana bilməyəcəklər.

Təbii ki, fikrimcə, Amerika baş katibinin köməkçisi Azərbaycan dövlətinin başçısından heç bir üzr istəmədi. Türkiyə prezidenti bir dəfə ABŞ mövzusunda danışıb, ABŞ nümayəndələrinin özlərini çox kobud apardığını deyib. Ona görə də Bakıda birmənalı olaraq üzrxahlıqlar yox idi.

Amma buna qarşı çıxmaq üçün deyə bilərəm ki, bu gün qlobal geosiyasi parçalanmaları gördükcə amerikalılara “yox” deyən dövlətlərin sayı artır. Və bu tendensiyalar yalnız dünyanın qlobal geosiyasi dönüş nöqtəsində artacaq. Dünya 2 cəbhəyə- Qərbə və digərlərinə bölünür. Ancaq bu o demək deyil ki, hamı bir-birini “sevir”. Amma bu və ya digər şəkildə bu günün reallığı Qərb və onun hegemonluğunu qəbul etməyənlərdir.

Əgər dünya Qərbə və Şərqə bölünürsə, deməli, burada, gördüyümüz kimi, Ermənistan şüurlu şəkildə Qərbin yanında qalır, yəni əsas cərəyandan- Şərqdən imtina edir. Belə görünür ki, Qərb vektoru gedəndir. Şərqin vektoru isə gələcəkdir. Bu o deməkdir ki, Ermənistan geriyə çəkilir.

Bu unikal haldır. Şüurlu intihardır.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər