PDF Oxu

Siyasət

  • 2 214

Şəhid Taleh Yusifovun xatirəsi yad olunub FOTOLAR

Şəhid Taleh Yusifovun xatirəsi yad olunub FOTOLAR

İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi əsgər Yusifov Taleh Valeh oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət olunub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Yusifov Taleh Valeh oğlu şəhadətindən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər