PDF Oxu

Siyasət

  • 1 263

Zəfər paradı şərəf tariximizə qızıl hərflərlə yazılıb – ŞƏRH EDİLDİ

Zəfər paradı şərəf tariximizə qızıl hərflərlə yazılıb – ŞƏRH EDİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda dediyi fikirləri heç kim unutmayıb. Ali Baş Komandanın əzəmətlə dediyi, "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq", cümlələri öz vədinə sadiq qalan Liderin böyüklüyünü bir daha göstərdi. Azərbaycan Ordusu bu Qələbə ilə özünü bir daha dünyaya təntənəli şəkildə təqdim etdi. "Dəmir yumruq" əməliyyatı adı ilə başladılan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Böyük Qələbə dövlətimizin hərbi qüdrətini, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın birlik və qələbə əzminin nümayiş etdirdi. Tarixi ədaləti bərpa edən Azərbaycan Zəfər gününü öz tarixinə qızıl hərflərlə yazdı. Dövlət başçımızın Sərkərdəlik məharəti, həm də xalqımızın öz rəhbərinə sadiqliyi, Vətənə olan sevgisi dünyaya bəlli oldu”. Bunu “Səs” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, əldə edilən Zəfər bizi Qalib xalq kimi dünyaya tanıtdı: “2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər tarixi kimi yadda qaldı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı ki, bu da mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası idi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi. "Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı", - deyə Prezident bildirdi. Üç il bundan əvvəl bütün dünya qalib Azərbaycan Ordusunun Zəfər paradına şahidlik etdi. Müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam – intizamlı ordu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində gücünü göstərdi. Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Qələbə paradının həsrətini düz 30 il gözlədik. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin başçılığı altında ordumuz qəhrəmanlıq göstərərək 44 gün ərzində torpaqlarımızı düşməndən azad etdi. Vətən müharibəsində qazandığımız tarixi qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradı bundan əvvəl keçirilmiş hərbi paradlardan daha möhtəşəm, daha qürurverici idi. Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi ölkəmizin qüdrətini, xalqımızın milli mübarizə əzmini növbəti dəfə ortaya qoydu. Zəfər paradını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və qardaş Türk Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. İki qardaş dövlət başçısının Zəfər paradını birlikdə qəbul etməsi Türkiyə və Azərbaycanın sarsılmaz, əbədi dost olması barədə dünyaya bir mesaj idi. 2023-cü il 15 oktyabr tarixində cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızın qaldırılması Zəfər zirvəsi, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsi kimi tarixə yazıldı”.

Digər xəbərlər