PDF Oxu

Siyasət

  • 1 372

“Vətənə, xalqa həsr edilən ömür” FOTOLAR

“Vətənə, xalqa həsr edilən ömür” FOTOLAR

YAP Yasamal rayon təşkilatı və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür” adlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmələr İnstitutunun baş direktoru Əli Abbasov, Milli Məclisin deputatları-Elnur Allahverdiyev, Tahir Rzayev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazi partiya təşkilatının sədr, sədr müavinləri və rayonun fəal gəncləri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür” adlı video çarx nümayiş etdirilib.

Sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadəyə verilib. Çıxış edən A.Rəhimzadə qeyd edib ki, ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, ümummilli lider Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu öndər Heydər Əliyev həyatı boyu hansı məqamda, hansı vəzifədə olmağından asılı olmayaraq yalnız ürəyi Azərbaycanla döyünüb. Çıxışına davam edən A.Rəhimzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi irsi əsl dövlət idarəçiliyi məktəbinə çevrilib və bu gün biz bundan faydalanırıq. Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində göstərdiyi inam və etimad ünvanı onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının daha da genişlənməsini şərtləndirdi. Belə ki, ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı ölkə rəhbəri cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Azərbaycanın bugünkü və gələcək uğurlarının təməli oldu. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərlərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanır, Onun ətrafında dəmir yumruq kimi birləşib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov qeyd edib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Bu inkişaf özünü əldə olunan Zəfərlərdə bütün dünyaya göstərdi.

Çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmələr İnstitutunun baş direktoru Əli Abbasov bildirib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan əldə etdiyi tarixi Zəfərlərlə yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Tədbirə Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayevin ifasında bədii hissənin təqdim olunması ilə yekun vurulub.

Digər xəbərlər