Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib. SİA-nın xəbərinə görə, T.Budaqov jurnalistlərə açıqlamasında qeyd edib ki, yaxın günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) iclası keçiriləcək.Onun sözlərinə görə, iclasda Prezidentliyə namizəd irəli sürüləcək: "2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, Prezidentliyə namizədliyin irəli sürülməsi səlahiyyəti idarə heyətinə verilib".