"Ulu Öndər Heydər Əliyev möhtəşəm tarix yazan şəxslərdən biridir. Onun fəaliyyəti mənsub olduğu xalqın əsrlərlə həll edilməmiş ağır problemlərin həllinə, Azərbaycanın inkişafının təmin edilməsinə yönəlib. O çalışdığı bütün sahələrdə çox böyük nəticələr əldə edib. İlk növbədə xalqa yaxın olduğuna, Azərbaycan xalqının potensial bələd olduğunu üçün bu uğurlar mümkün olub". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib."Heydər Əliyev nümunəsi göstərdi ki, hətta nisbətən azsaylı xalqın nümayəndəsi belə tarixi təəccübləndirəcək fəaliyyət göstərə bilər. Heydər Əliyev təhlükəsizlik orqanlarında işləyərkən cəmiyyəti cəzalandıran orqanıarı cəmiyyəti qoruyan orqana çevrilib.Ulu Öndər Azərbaycanı inkişaf etmiş dövlətə çevrilib. Onun adı ilə Azərbaycan xalqı Qarabağ uğrunda mübarizəyə başladı. 1993-cü ildə onun hakimiyyətə gəlməsi Azərbaycanı böyük fəaliyyətdən qurtardı. Nə qədər ki Azərbaycan xalqı var, onun böyük qurucusu həmişə var olacaq",- deyə o əlavə edib.
Ləman Sərraf