PDF Oxu

Siyasət

  • 2 100

Oğuzda Ümummilli Liderin anım gününə həsr olunmuş “Voleybol” turniri keçirilib FOTOLAR

image

Oğuz rayon Olimpiya İdman Kompleksində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə rayonun idarə, müəssisə və inzibati ərazi dairələri komandaları arasında voleybol yarışı keçirilb. Yarışın açılışında YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon İcra Hakimiyyəti başcısının müavini Etibar Yusubov, Respublika Voleybol Federasiyasının nümayəndəsi, turnirin sponsoru "Rövşən Oğuz Qrup" MMC-nin direktoru Hafiz Mustafayev, idarə müəssisə rəhbərləri və çoxsaylı azarkeş iştirak edib. İlk olaraq Ulu Öndərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Tədbirin açılışında çıxış edənlər Ulu Öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Onun varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gərgin keçən yarışda "Qalakənd" komandası birinci, Qarabulaq kənd komandası ikinci, Qumlaq kənd komandası üçüncü olmuşdur. Qaliblər yarışın təşkilatçıları turnirin sponsoru "Rövşən Oğuz Qrup" MMC-nin direktoru Hafiz Mustafayev tərəfindən kubok, diplom, medal və pul mükafatı ilə təltif olunmuşlar.

Zümrüd Bayramova

Digər xəbərlər