PDF Oxu

Siyasət

  • 2 023

Azərbaycan əsas sülh təşəbbüskarıdır ŞƏRH

Azərbaycan əsas sülh təşəbbüskarıdır ŞƏRH

6 dekabr 2023-cü il tarixdə ADA Universitetində Prezident cənab İlham Əliyevin iştirakı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunun keçirilməsi də kifayət qədər yadda qalan və diqqət çəkən hadisə idi.

Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu bu il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı– deyə Prezident çıxışında diqqətə çatdırıb. Baş verən son hadisələr və Azərbaycanın siyasi gücünün dünya tərəfindən qəbulu təsdiq edir ki, Azərbaycan regionda tək güc və enerji sahibidir. Bu məhz ali baş komandan İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Güclü diplomatik əlaqələr günü gündən güclənir.Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Çünki sülh tərəfdarı olan Azərbaycan Respublikası demokratiyanın və haqq ədalətin tərəfdarıdır. Biz çox gözəl bilirik ki, Bu müharibə Ermənistanı həm ağır məğlubiyyətə düçar edəcək həmdə onun daxili siyasətini və xarici diplomatik əlaqələrinin tamamilə məhv edəcəkdi. Ona görə məhz sülhlə bu məsələni həll etmək istəyirdik. Təbii ki, öz dədə baba torpaqlarımızdan erməni işğalçılarına çıxartmalı, ərazi bütövlüyümüzü bərpa etməli idik. Bunu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi.Bunu faktlar və sübutlar təsdiq edir ki, Qarabağda Ermənistana məxsus 15 minə yaxınhərbiçi var idi. İki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən şahidi olduq ki,Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. İkinci Qarabağ müharibəsindən sonrakı və antiterror tədbirlərindən əvvəlki dönəmdə onlar separatçılar və Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti hesab etdikləri ərazidə yenə də yüz minlərlə mina basdırmışlar. Girişi məhdudlaşdırılan bütün ərazilərin sərhədləri var, orada nişanlar var. Buna görə beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olardıq. Çünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər