PDF Oxu

Siyasət

  • 2 527

REGİONDA DƏYİŞƏN VƏZİYYƏTİN TƏŞƏBBÜSKARI AZƏRBAYCANDIR ŞƏRH

REGİONDA DƏYİŞƏN VƏZİYYƏTİN TƏŞƏBBÜSKARI AZƏRBAYCANDIR ŞƏRH

6 dekabr 2023-cü il tarixində ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatlığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə, Polşa, Fransa və Britaniyanın dövlət-rəsmi nümayəndələri iştirak edirdi. Cənab Prezident çıxışı zamanı bildirdi: “Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazsinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik”.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz artıq orada yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Beynəlxalq hüquqa uyğun olaraq Qarabağ ərazisində yaşamaq üçün ermənilərə öz təkliflərimizi bəyan edilib. Qarabağ ermənilərinə edilən təkliflər çox sadə və asan qəbuledilən təkliflərdir. Həmin təkliflər – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərində belə onlar seçkidə iştirak edə bilər və hətta öz nümayəndələrindən bələdiyyə rəhbəri ola bilər. Bu gün Qarabağda Elektron portal fəaliyyət göstərir. Qarabağda qalıb yaşamaq istəyən ermənilər bu portal vasitəsinə müraciət edirlər.

Forumda çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın sülh məsələsinə toxunaraq bildirdi: “Beynəlxalq ekspertlər tərəfindən də təhlil edilməlidir ki, otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib. Ermanistana sülh təklif edən biz idik”. Artıq Minks qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Azərbaycan “Madrid prinsipləri” adlanan və nizamlanma üçün əsas hesab edilən əksər müddəaları həyata keçirib. Sülh sazişinin prinsiplərini hazırlandıqdan sonra Ermənistana göndərildi. Bütün bunlara baxmayaraq qarşı tərəfdə sükut olundu. Nəhayət, Azərbaycan biz o məşhur beş prinsipi açıqladıq ki, Ermənistan indi onları qəbul etməyə daha hazır görünür. Əgər üç il əvvəl onları qəbul etsəydilər və ya əsasən qəbul etsəydilər, antiterror tədbirlərinə ehtiyac qalmayacaqdı. Bütün prosesləri gecikdirən məhz Ermənistan tərəfidir.

Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir. Danılmaz faktdır ki, biz artıq öz ərazimizi tam bərpa etdik. Bütün bu işlərin yeganə banisi cənab Prezident İlham Əliyevdir.

Nigar Abdullayeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər