"Bizim adət-ənənələrimizə islami dəyərlərin təsiri var. Amma dövlətimiz dünyəvi dövlətdir. Bununla belə Azərbaycan əhalisinin 96%-i müsəlmandır. Ona görə də bizim ölkədə dini ayinlərin idarə edilməsi Azərbaycan qanunvericiliyinə, adət-ənənələrimizə və islami dəyərlərə söykənməlidir". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.O bildirib ki, Azərbaycanda din sahəsində çalışan kadrların perspektivi nəzərə alınmalıdır: "Yəni dini sahədə çoxlu kadr hazırlığı keçirsək, onların çalışdığı yerlər də mütləq olmalıdır. Bu mənada planlaşdırma olmalıdır".