PDF Oxu

Siyasət

  • 2 714

Rusiyalı ekspert: Ermənistanın inkişafı üçün Azərbaycanla sülh müqaviləsi vacibdir – MÜSAHİBƏ

Rusiyalı ekspert: Ermənistanın inkişafı üçün Azərbaycanla sülh müqaviləsi vacibdir – MÜSAHİBƏ

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, separatçı qondarma Dağlıq Qarabağ Respublikasının ləğvi qaçılmaz idi və Ermənistan Respublikası bütün bu onilliklər ərzində öz inkişafına sərmayə yatırmaq əvəzinə yalnız ona vəsait xərcləyib. Və bütün bu onilliklər ərzində Ermənistanda Qarabağ məsələsinə münasibət kifayət qədər “emosional” olub.

“Deyirlər ki, Dağlıq Qarabağın indiki hakimiyyəti onu ləğv edib. Amma əslində 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində bu proses qaçılmaz oldu”, - baş nazir deyib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildə hakimiyyətə gələrək Qarabağ probleminin emosional qavranılmasının daşıyıcısı olmaqda davam edib. “Biz hakimiyyətə gələndə təbliğat obyekti statusumuz dəyişdi, informasiya daşıyıcısına çevrildik. Və biz gördük ki, emosional qavrayışla reallıq arasında böyük uçurum var”,- Ermənistan hökumətinin başçısı vurğulayıb.

Paşinyan qeyd edib ki, indiki hakimiyyətin günahı bu barədə xalqla danışmamasıdır, hətta onun özü də bu praqmatik reallıqla barışa bilmir.

“Biz dövlətin, Ermənistan Respublikasının inkişafına sərf etməli olduğumuz bütün resursu həllolunmaz problemə qoyduq”, - o əlavə edib.

Tanınmış rusiyalı politoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş nazirinin bəyanatlarını “deşifrə edib”. Müsahibəni oxucularımıza tədqim edirik.

- Dmitri Vladimiroviç, son vaxtlar Ermənistan hakimiyyəti ölkə daxilində açıq bəyanatlarla Qarabağ məsələsinin onlar üçün qapalı olduğunu açıq şəkildə bildirir. Eyni zamanda Ermənistana köçən separatçılar bu məsələnin onlar üçün açıq qaldığını nümayiş etdirməyə çalışırlar. Artıq hakim partiya bu yanaşmanı respublikanın dövlətçiliyinin altına bomba qoymaq cəhdi adlandırıb.

- Bir tərəfdən, Nikol Paşinyanın dedikləri tamamilə doğrudur və təbii ki, bütün bu onilliklər ərzində Ermənistan ilk növbədə öz dövlətçiliyinin, iqtisadiyyatının inkişafı ilə məşğul olmalı, yad əraziləri saxlamamalı, işğalın təşviqinə böyük məbləğdə sərmayə qoymamalı, işğal olunmuş ərazilərdən heç bir şəkildə istifadə etməməli idi. Paşinyanın Ermənistanın Qarabağa münasibətinin reallıq deyil, “emosiya” olması barədə bəyanatları Bakı ilə sülh üçün yaxşı siqnaldır.

Diqqət yetirməyə dəyər daha bir məqam: Paşinyan hakimiyyətə gələndə və İkinci Qarabağ müharibəsindən əvvəl o, sələfləri kimi Qarabağ kartından çox fəal istifadə edirdi. Baxmayaraq ki, o, “Qarabağ klanı”na mənsub deyildi. Görünür, sərfəli olduğu üçün istifadə etdi. Onun hakimiyyəti altında o vaxtkı müdafiə naziri yeni ərazilər uğrunda yeni müharibə ilə bağlı tezis səsləndirdi, Paşinyan Qarabağın Ermənistan olduğunu bildirdi. Amerikalı imicmeykerlər ölkədə baş verən “məxməri inqilab” zamanı onu hakimiyyətə gətirəndə Ermənistanın gələcək baş naziri üçün Qarabağ müharibəsi veteranı obrazı yaratmışdılar. Populyar obrazdan istifadə edilib, çünki onun yaradıcıları seçicilərin “zövqünü” bilirdilər.

İndi isə Paşinyan Qarabağla bağlı bütün bu açıqlamaları ilə elə “havada salto” etdi- onu geri qaytarmağın vaxtı çoxdan çatmış idi dedi. Sözlər düzdür, amma bunu ondan eşitmək gülməlidir. O, əvvəlki rəhbərliyi Qarabağı “təslim etmək” cəhdində ittiham edib. Əla. Burada biz ənənəvi müasir siyasi üslubu görürük: əvvəl nə dediyiniz önəmli deyil, önəmli olan indi nə dediyinizdir. Sanki internet heç nəyi xatırlamır. Bu taktika indi yüksək səslə nəsə demək və informasiya resursları vasitəsilə bu nöqteyi-nəzərdən irəli çəkməkdir.

- Paşinyanın bu cür bəyanatları nə deyir?

- Bu, Qarabağın “təslim olması” söhbətindən qorunmaq, müxalifəti ittiham etmək, eyni zamanda ölkənin inkişafı üçün yeni siyasi vektor irəli sürmək istəyidir. Paşinyan Qarabağın Ermənistan üçün qulpsuz çamadan olması fikrini təbliğ etməyə davam edəcək. Ermənistan isə ondan imtina etdi və beləliklə, ölkənin problemi daha az oldu. Qarşıda parlaq gələcək var, indi Qarabağ hər şeyimizdir deyən hər kəs yanılır.

Bəli, Ermənistan Azərbaycan ərazilərinə olan iddialarından çoxdan əl çəkməli və bununla da böhrandan çıxmalı idi. Ermənistan reallığı obyektiv qəbul edib Qarabağsız inkişaf etməli, Azərbaycandan sülhü qəbul etməlidir.

Bu mövzu altında o, əvvəlki hakimiyyətin nümayəndələrinin yeni təmizləmələrini təşkil edə bilər və özünün işarə etdiyi kimi, Ermənistanın bütün bu illər ərzində taleyi bəlli olan, ilk baxışda həlli mümkün olmayan problemi həll etməyə çalışdığını izah edə bilər. Və rasionalizm əvəzinə onu emosiyalar idarə edirdi. Əslində, o, ikinci Qarabağ müharibəsi zamanı Lavrovun ifadəsini öz şərhində təkrar etdi ki, Ermənistan hakimiyyəti bütün bu illər ərzində öz xalqına buranın onların ərazisi olmadığını başa salmalı olub.

Amma Qarabağı tərk etmiş separatçıların öz məsələsini, separatçıların formalaşması məsələsini bərpa etmək cəhdlərinin hələ də davam etdiyini görürük. Amma hətta Ermənistan hakimiyyəti artıq bu cəhdləri qəti və sərt şəkildə yatırır. Onların Ermənistan ərazisində hər hansı qurum və ya struktur yaratmaq cəhdləri rədd edilir. Artıq Ermənistanın hakim partiyası tərəfindən bu cəhdlər Ermənistan dövlətçiliyinin altına bomba qoymaqla müqayisə edilir.

İndi Ermənistanın siyasi həyatında hər kəs öz strategiyasını seçəcək. Bəzi qüvvələr revanşist əhval-ruhiyyə ilə oynayacaqlar. Və Paşinyanı “Ermənistana və milli maraqlara xəyanət etməkdə” ittiham etməkdə davam edirlər. Hakimiyyət Ermənistanın gələcəyini yeni səhifədən qurmağa cəhd edə bilər.

Ötən həftə Bakı ilə İrəvan arasında əldə olunan birbaşa razılaşmaları nəzərə alsaq, Ermənistanın da Azərbaycanla mümkün sülh variantını hesabladığı göz qabağındadır. İrəvanla Bakı arasında gərginlik getdikcə azalır. Və əgər Paşinyan Azərbaycanla sülh ideyasını cəmiyyətə uğurla çatdırarsa, bəlkə də bundan faydalanar. Yenə də obyektiv olaraq sadə əhali iqtisadi cəhətdən firavan yaşamaq istəyir.

Amma bu, həm Azərbaycan, həm də Ermənistan Respublikasının özü üçün bu müsbət hal mənfi hallarla müşayiət olunacaq. Həm Moskva, həm də Bakı üçün. İrəvan 180 dərəcə dönüş edəcək. Ermənistan əvvəllər yaşadığı hər şeydən, o cümlədən Rusiya ilə müttəfiqliyindən imtina edəcək. O, Aİ və NATO ilə yarı yolda görüşəcək.

Bakı ilə İrəvan arasında bağlanan sülh müqaviləsində şeytan yenə təfərrüatlardadır. Ermənistan-Azərbaycan nizamlanmasının qaçılmaz olması, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatının həyata keçirilməsinin qaçılmaz olması hissi hələ 3 il əvvəl İkinci Qarabağ müharibəsindən sonra yaranmışdı. Amma bildiyimiz kimi, İrəvan bu bəyanatın bəzi bəndlərinin icrasını ləngitməyə başladı və o yerə çatdı ki, Bakı özü İrəvanı bu məqamları yerinə yetirməyə məcbur etdi. Moskva vəziyyətə müdaxilə etmədi.

İndi biz elə vəziyyətə qayıdırıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sazişin imzalanması mümkün olur. Amma üç il bundan əvvəl proses başlayanda və sonra Ermənistan tərəfindən məhdudlaşdırıldığı kimi, indi də hər şeyi eyni şəkildə məhdudlaşdırmaq olar. Fərqli olacağına dair dəqiq zəmanət yoxdur.

Üstəlik, biz görürük ki, Ermənistan, rəsmi Moskvanın dəfələrlə bəyan etdiyi kimi, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla nəqliyyat kommunikasiyalarının bloklanmasına dair konkret sənədləri imzalamaqdan dəfələrlə imtina edib, lakin eyni zamanda, hazırda Qərbdə fəal surətdə aqressivlik ideyasını təbliğ edir. “Dünyanın kəsişməsi” adlandırdığı blokun açılması təklifi ilə.

Bəli, biz sülh prosesinin müsbət istiqamətdə inkişaf etdirilməsinin mümkünlüyünü görürük. Bu, üç il əvvəl Ermənistana sərfəli idi. İndi də sərfəlidir. Onun qonşuları ilə normal iqtisadi əməkdaşlığa, açıq sərhədlərə, azad ticarətə, yeni investisiyalara, yeni istehsala ehtiyacı var. Bu, Ermənistanın gələcəyi ola bilər. Və İrəvan bu seçimi edə bilər.

Ermənistan hakimiyyəti isə bu mövzunu təbliğ edəcək ki, Qarabağın onilliklər ərzində işğalı ölkə üçün əldən verilmiş böyük fürsətdir.

- Bakı və İrəvanın birbaşa danışıqlar zamanı razılıq əldə etməsini Ermənistan-Azərbaycan məsələsi tarixində nə dərəcədə unikal hadisə adlandırmaq olar?

- Bakı bu birbaşa danışıqlar ideyasını irəli sürür, çünki Qarabağ məsələsi bağlıdır və indi birbaşa danışıqlar məntiqlidir. Bundan əlavə, Fransa kimi bəzi dövlətlər açıq-aşkar birtərəfli mövqe tutur və yalnız İrəvanla Bakı arasında münasibətlərin normal qurulmasına mane olurlar.

Ümid edirik ki, dekabrda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammitində ikitərəfli sammitin keçirilməsi ehtimalı olacaq.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi bu yaxınlarda Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanmasına işarə verdi, amma yenə də imzalanmanın təminatçılarının olması lazım olduğunu dilə gətirdi...

- Problemlər burada başlayır və ya davam edir. Çünki təkcə bizim sülhə hazır olduğumuzu bildirmək kifayət deyil, çünki ondan sonra sazişin bağlanması üçün əsas ola biləcək “əgər”lər var. Bakı özünü nüfuzdan salan zaminlərlə sənəd imzalamayacaq. Ona ehtiyac yoxdur. BMT və ATƏT kimi beynəlxalq təşkilatlar da özlərini gözdən salıblar, onların “zəmanətlərini” işlək adlandırmaq çətindir. Biz bunu artıq onların son 30 ildə Qarabağ münaqişəsinin həlli ilə necə “öhdəsindən gəldiklərində” gördük. Əgər qarant ölkələrin konsensus əsasında seçilməsindən danışırıqsa, bu da bugünkü geosiyasi vəziyyətdə qeyri-real görünür. Tutaq ki, bu, Rusiya, Türkiyə və məsələn, Aİ və ya ABŞ-dır. Ermənistan Rusiyanın vasitəçiliyini istəmir və Aİ və ya ABŞ-ın zəmanətləri çətin ki, Bakıya tam uyğun gəlsin. Ona görə də Azərbaycan birbaşa danışıqların tərəfdarı olmaqda davam edir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər