PDF Oxu

Siyasət

  • 1 803

Müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət

Müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət

Hər xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar vardır. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduğu xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rol oynamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət qeyri-adi zəka fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yaddaşlara həkk olunmuşdur.

Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının çoxsaylı müraciəti əsasında Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq Azərbaycan Respublikasının məhv olmaqdan xilas etmək üçün bu çətin vəzifəni öz üzərinə götürdü.

1994-cü ildə torpaqlarımızın işğal olunmasını dayandırmaq üçün atəşkəs elan olundu. Elə həmin ildə də Azərbaycanın iqtisadi dirçəlişinə təkan verə biləcək “ Əsrin müqaviləsi”, neft müqaviləsi imzalandı. Bu müqavilə bir çox xarici dövlətlərlə iqtisadi, siyasi əlaqələr və Azərbaycan dövlətinin möhkəmləndirilməsinə səbəb oldu.

Bundan başqa Azərbaycanı bütün dünyada tanıtmaqla yanaşı həmçinin hərtərəfli inkişafına təkan verdi. Bu baxımdan deyə bilərik ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır.

2003-cü il dekabr ayının 12-də təkcə Azərbaycana yox, eləcə də Türk dünyasına böyük bir itki oldu. Ümumilli Lider, dahi siyasətçi, ulu öndər Heydər Əliyev vəfat etdi.

Artıq Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 100 il, vəfat etməsindən isə 20 il ötür. Lakin onun bizə miras buraxdığı , qurucusu və memarı olan bütöv Azərbaycan dövləti siyasətçinin övladı və davamçısı ölkə başçısı cənab İlham Əliyevin yüksək başçılığı ilə davam etdirməklə həm də inkişaf etdirilir. Həmçinin dövlət başçısı İlham Əliyevin yüksək göstərişi əsasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş genişmiqyaslı tədbir və lahiyələr, eləcə də, “ 12 dekabr Heydər Əliyevin anım günü” ilə əlaqədar bu günü hüzn günü kimi qeyd edirlər.

Canəli Abdullayev, Masallı rayonu Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin Dil-ədəbiyyat müəllimi

Digər xəbərlər