PDF Oxu

Siyasət

  • 1 644

“Azərbaycan öz gücünə qələbə qazanmış dövlət olaraq parlayır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan öz gücünə qələbə qazanmış dövlət olaraq parlayır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən indiyə qədər ilk dəfədir ki, ölkəmizin bütün ərazilərini əhatə edəcək seçkilər keçiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Deputat bildirib ki, baş tutacaq seçkilər zamanın tələbidir: “Uzun illər davam edən ədalətsizliklərdən, Azərbaycanın qələbə qazanması və bütün ərazilərində suverenliyini təmin etməsindən sonra ilk dəfə olaraq prezident seçkiləri, ardıcıl ilə isə digər seçkilər bütöv Azərbaycan ərazisində keçiriləcək. Bu uzun illərdən sonra xalqın və dövlətin arzularının çin olması deməkdir. Azərbaycan artıq bütün dünyada öz gücünə qələbə qazanmış dövlət olaraq parlayır və öz sözünü deyir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər