"Prezident seçkiləri eyni zamanda Azərbaycanın gedəcəyi yolun bir daha seçicilər tərəfindən müəyyən edilməsidir. Azərbaycan 30 ildir ki, əvvəl Ulu Öndər Heydər Əliyevin, sonradan isə Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət müstəqilliyini möhləmləmləndirir, ərazi bütövlüyünü təmin edir və dünya birliyində yüksək nüfuz qazanmaq üçün uğurlu addımlar atır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu gün dövlətçiliyimizin inkişafı milli maraqlarımıza tamamilə cavab verir: "Növbədənkənar keçirilən prezident seçkilərinin əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq seçkilər bütün Azərbaycan ərazisi boyu keçirilir. Bu baxımdan prezident seçkilərini Zəfər seçkisi kimi də qiymətləndirmək olar. Seçki demokratik, şəffaf və rəqabətli keçəcək".Deputat sözlərinə davam edərək bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi yenə də namizədlərin öz mövqelərini açıq bildirməsi üçün bütün şərait yaradılacaq: "Azərbaycan seçicisi növbəti 7 ilə özünün liderini və gedəcəyi yolu seçəcək. Şübhə yoxdur ki, bu yol yenə Heydər Əliyev yolu olacaq, yenə inkişaf, tərəqqi, təhlükəsizliyimizin təmin edilməsi, ərazi bütövlüyümüzün qorunması, vətəndaşlarımızın sosial problemlərinin həllinin daim dövlətin diqqətində olduğu bir yol olacaq".
Ləman Sərraf