PDF Oxu

Siyasət

  • 1 871

"Müxalifət özlərinin nə qədər aciz durumda olduqlarının fərqindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Müxalifət özlərinin nə qədər aciz durumda olduqlarının fərqindədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Cənab Prezident İlham Əliyevin 7 dekabr tarixli sərəncamı ilə ölkəmizdə 2024-cü ilin 7 fevral tarixinə növbədənkənar prezident seçkiləri təyin edilib. Prezidentimizin belə bir səlahiyyəti var. Konstitusiyada da bu öz əksini tapıb. Yəni, məsələnin hüquqi tərəfi tam aydındır". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.Deputat sözlərinə belə davam edib: "O ki qaldı bu məsələyə, müxalifətin reaksiyasına... Müxalifət çaş-baş qalıb. Onlar özlərinin səviyyəsinə, əxlaqına, mənəviyyat və düşüncəsinə adekvat olan ifadələrlə bu seçkiyə qiymət vermək istəyirlər. Hiss olunur ki, özlərinin nə qədər aciz durumda olduqlarının fərqindədirlər.Güclü sosial bazaya malik siyasi partiya heç vaxt belə davranış ortaya qoymaz. Müxalifətin gecə-gündüz dilinin əzbəri seçkilər idi. Bax, bu da seçkilər! İştirak edin, öz gücünüzü ortaya qoyun, namizədinizi irəli sürün və seçki prosesində iştirak edin.Yeri gəlmişkən, Siyasi partiyalar haqqında qanunun əsas tələblərindən biri ondan ibarətdir ki, qeydiyyatdan keçmiş siyasi partiyalar seçki prosesində fəal iştirak etməlidirlər. Seçkidə iştirak etmirsənsə, onda niyə yaranmısan?Hər bir siyasi partiya yaranarkən onun əsas məqsədi hakimiyyətə gəlməkdir. Hakimiyyətə gəlmək üçün də seçkilər unikal şansdır. İstifadə edin şansınızdan, amma istifadə etmirsiniz. Çünki Əli Kərimli də, Tofiq Yaqublu da, Gültəkin Hacıbəyli də, Cəmil Həsənli və onların ətrafları da yaxşı bilir ki, cənab İlham Əliyevin reytinqi ən yüksək səviyyədədir. Xalqımız Prezidentimizə öz milli xilaskarı kimi baxır. Belə olan vəziyyətdə Azərbaycan Prezidentinə rəqib olub seçkilərə qatılmaq və biabırçı məğlubiyyəti görmək istəmir, ona görə də yalan-böhtan atırlar. Hər kəs öz xislətini ortaya qoyur. Xalqımızın düzgün seçim edəcəyinə heç bir şübhəm yoxdur. Xalqımın məşhur bir deyimi var ki, kim Qarabağı işğaldan azad etsə, o, bizim əbədi prezidentimizdir. Artıq xalqın 7 fevral tarixində hansı seçimi edəcəyi bu sözlərdən sonra hər kəsə aydındır".

Ayşən Vəli

Digər xəbərlər