“İşğaldan azad olunan torpaqlara “Böyük Qayıdış”ın əsas elementlərindən biri, heç şübhəsiz ki, orada insanların işlə, məşğulluqla təmin edilməsidir və bu fəaliyyət çox uğurla davam edir. Niyə bunu belə əminliklə deyirəm? Çünki prosesə canlı şahidlik etmişəm”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib. Onun sözlərinə görə, geri qayıdan insanlar üçün bütün şərait yaradılıb: “"Ağalı” kəndinə dəyərli vətəndaşlarımızın qayıdışı ərəfəsində partiya sədri qismində mən də Zəngilanda olmuşam. Eyni zamanda, aparılan yenidənqurma işlərini gözlərimlə görmüşəm və söylədiyim kimi, həm də ona şahidlik etmişəm ki, doğma və əzəli torpaqlara qayıdan əmək qabiliyyətli dəyərli vətəndaşlarımızın demək olar ki, hamısı işlə təmin olunub. Heç şübhəsiz, işğaldan azad olunmuş digər bölgələrdə də vəziyyət eyni cürdür. Yəni, onların iş və məşğulluq təminatı ən yüksək səviyyədədir”.
Müəllif: Gülyana